Türk millətinin qəhrəmanlıq səhifəsi
30.08.2023 [10:40]
Qalibiyyətin qardaş payı
Böyük Zəfərin 101-ci ilində
Türkiyə Cümhuriyyətinin ordu tarixi zəfərlərlə zəngindir. Bütün zəfərlər Türkiyə hərb tarixində özünəməxsus önəmi, əhəmiyyəti ilə xüsusi yer alır.
30 avqust 1922-ci il Zəfəri türk millətinin XX yüzillikdə dünya tarixində yazdığı qəhrəmanlıq səhifəsidir. Bu səhifələri vərəqlədikcə qəhrəman türk millətinin yurd, torpaq sevgisi ilə alışıb-yandığına, vətənpərvərliyinə, döyüşkənliyinə bir daha şahidlik edirik...
Zəfərə gedən yol...
Birinci Dünya müharibəsində Osmanlı Türkiyəsi də bütün qüvvələrini səfərbər edərək müharibəyə qoşuldu. Bu qanlı müharibə Türkiyəni zəif saldı. Antanta dövlətləri Osmanlını bu savaşda tam məğlubiyyətə uğratdı. 1918-ci il oktyabrın 30-da qalib dövlətlərlə Türkiyə arasında “Mudros” adlı təslimçi barışıq sazişi imzalandı. Bu anlaşmaya əsasən, Türkiyə parçalanırdı. Bununla da işğalçı ölkələr istədiyi şəkildə böyük türk torpaqlarında hegemonluq edə bilərdi. Ölkənin şərqində Ermənistan dövləti yaratmaq da bu plana daxil idi. Bu planları həyata keçirmək üçün Yunanıstan istilasından bəhrələnirdilər. 1919-cu il mayın 15-də yunan qoşunları imperialist ölkələrin hərbi gəmilərinin köməyi ilə İzmiri işğal etdi. İngilis qoşunları isə İstanbulun içərilərinə doğru irəliləyirdi.
İzmirin işğalından sonra işğalçı dövlətlərin Türkiyəni parçalamaq siyasətinə qarşı ölkədə milli azadlıq hərəkatı başladı. Artıq müharibədən yorulmuş Osmanlı türkləri yenidən özlərində güc taparaq düşmənə müqavimət göstərirdi. Beləliklə, Mustafa Kamal Paşanın rəhbərliyi ilə 1919-cu il mayın 19-da Türkiyənin milli qurtuluş savaşı başladı.
Mustafa Kamal Paşa Osmanlı ordusunun ən istedadlı generallarından biri idi. Onun rəhbərliyi altında birləşən müqavimət qüvvələri 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinə toplanırlar. Mustafa Kamal Paşa məclisin sədri seçilir. Bundan sonra parlament Milli Qurtuluş Savaşının başlandığını elan edir. Bu ağır və çətin günlərdə ümumi səfərbərlik elan olunur. Qadın, gənc, uşaq, yaşlı demədən hər kəs könüllü olaraq ordu sıralarına yazılır, vətəninin, torpağının xilasına tələsirdi. Amma içəridən bu hərəkata mane olan düşmənlərin də sayı az deyildi. Belələri xəyanətdən və yunan tərəfə keçməkdən çəkinmirdilər ki, bu da Atatürkün planlarına mane olurdu. Buna baxmayaraq, həmin günlərdə Mustafa Kamal Paşa üzünü xalqına tutaraq bəyan etdi: “Efendiler! Dahilde ve hariçteki düşmanlarımız ister çok, ister az olsun, faaliyetlerinin genişliği ne olursa-olsun, kesin başarı, son başarı meşru bir amaç izleyenler olacaktır”.
26 avqust 1922-ci il tarixdə sabah erkəndən, saat 05.30-da topçuların atəşiylə Kocatəpədə Meydan Savaşı başlayır. Savaşı Baş Komandan Mustafa Kamal Paşa idarə etdiyi üçün bu savaş “Meydan Savaşı” adını alır. Minlərlə türk əsgəri, gənci, qadını, qocası şəhid olur bu savaşda. Amma bir qarış torpaq düşmənə güzəştə gedilmir.
Türkiyənin böyük qurbanlar və dağıntılar bahasına siyasi müstəqilliyini əldə etməsi onun çoxəsrlik tarixində dönüş nöqtəsi oldu. Türk xalqının milli müstəqillik uğrunda apardığı azadlıq mübarizəsi və imperialist dövlətlər üzərindəki tarixi qələbəsi ilə milli-dünyəvi, müstəqil türk dövləti təşəkkül tapdı. Bu hadisə Şərq xalqlarının milli-azadlıq hərəkatına da güclü təkan oldu. 1922-ci ilin yayında Atatürk demişdi: “Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə daha qısa və daha az qanlı olar və tez də qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir”.
Böyük Zəfərə qardaş dəstəyi
Azərbaycan o ağır illərdə də maddi və mənəvi yardımını qardaş Türkiyədən əsirgəmədi. Bu dönəmin tədqiqatçıları yazırlar ki, Mustafa Kamal Paşa 1921-ci il martın 17-də, yəni 2-ci İnönü savaşından öncə Nəriman Nərimanova məktub ünvanlayaraq, maliyyə dəstəyinə böyük ehtiyac duyulduğunu bildirmişdi. N.Nərimanov dərhal büdcədə olan 500 kiloqram qızılı Ankaraya, xeyli miqdarda silah-sursatı da Anadoluya göndərir.
Bütün bunlar qardaşın qardaşa köməyi, vəfa borcu idi. Görkəmli dövlət xadimi Nəriman Nərimanovun bu barədə 1921-ci il martın 23-də Mustafa Kamal Atatürkə yazdığı məktubunda izahı daha gözəl verilir. N.Nərimanov yazırdı: “Paşam, türk millətinin bir ənənəsi vardır: qardaş qardaşa borc verməz. Qardaş qardaşın əlindən tutar, biz qardaş xalqlarıq. Hər zaman və hər şəraitdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışırıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın, başqa bir qardaşı üçün etmək istədiyindən başqa bir şey deyil”.
Türk dünyasının əvəzsiz liderləri sayılan Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müdrik kəlamları tarixin hər dönəmində müasirdir, unudulmazdır. Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, Ulu Öndərin “Bir millət, iki dövlət” müdrik kəlamları sanki bu gün üçün deyilib.
Bir əsr əvvəl Türkiyənin Böyük Zəfərinə göstərilən yardım Azərbaycanın əlindən vəfa borcu olaraq tutdu. Dar gündə qardaşın qardaşa vəfa borcunu yerinə yetirən Türkiyə 44 günlük Vətən savaşında da Azərbaycanın yanında oldu, xalqımıza böyük dəstəyini əsirgəmədi. Türk millətinin Meydan Savaşında əbədi azadlığına qovuşması hər il 30 avqust Zəfər bayramı kimi respublikamızda da qeyd olunur. Artıq 3 ildir ki, türk dünyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında qazandığı Böyük Zəfəri də bayram edir.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13

