Samantanın son arzusu
25.08.2023 [11:47]
Biz hamımız sülh şəraitində yaşamalıyıq
Günel ABBAS
Bu gün məşhur amerikalı məktəbli Samanta Smitin 25 avqustda faciəli surətdə həlak olmasının 38 ili tamamlanır.
Samanta Smit, 29 iyun 1972-ci ildə Amerikada doğulmuşdu. 1982-ci ildə 10 yaşlı amerikalı şagirdin SSRİ-nin rəhbəri Yuri Andropova yazdığı məktub onu bütün dünyada məşhurlaşdırmışdı.
Bu ad yəqin ki, Sovet İttifaqı dönəmində yaşamış orta nəsil azərbaycanlıların yadındadır. Həmin vaxtlar SSRİ və ABŞ arasında “soyuq müharibə” yelləri əsirdi. “Soyuq müharibə”nin qızğın çağında SSRİ-də hakimiyyət başına yeni rəhbər gəldi - Yuri Andropov.
1982-ci ilin noyabrında Sovet İttifaqı Kommunist Partiyasının baş katibi vəzifəsində Leonid Brejnevi əvəz edən Yuri Andropovun hakimiyyətə gəlməsi Qərbdə bərk narahatlıqla qarşılandı. Belə bir zamanda Samanta Smit televizordan nüvə müharibəsinin baş verəcəyi, Yer kürəsinin məhv olacağı xəbərini eşidir. Və dərhal da anasından “nüvə müharibəsini kim başlayacaq?”, - deyə soruşur. Samantanın anası ona ABŞ-ın “Time” jurnalının 22 noyabr 1982-ci il tarixli sayında Andropov haqqında dərc olunmuş məqaləni göstərir.
Məqalədə yazılırdı ki, bu adam (Yuri Andropov) ABŞ üçün çox təhlükəlidir və onun hakimiyyəti dövründə yeni müharibənin olması mümkündür.
Məqaləni oxuyub bərk həyəcanlanan balaca Samanta anasından Andropova məktub yazmasını xahiş edir: “Niyə hamı cənab Andropovdan qorxur? Axı niyə ondan heç kim soruşmur ki, müharibəyə hazırlaşır ya yox?”.
Onda anası Samantaya belə cavab vermişdi: “Əgər istəyirsənsə, o məktubu özün yaz”.
Və 10 yaşlı Samanta Smit SSRİ rəhbərinə belə bir məktub yazmışdı:
“Hörmətli cənab Andropov,
Mənim adım Samanta Smitdir. Mənim 10 yaşım var. Sizi yeni işiniz münasibətilə təbrik edirəm. Mən Rusiya və Amerika Birləşmiş Ştatları arasında nüvə müharibəsinin başlamasından çox narahatam. Siz müharibənin başlamasına səs vermək istəyirsiniz, ya yox? Əgər istəmirsinizsə, onda xahiş edirəm deyəsiniz ki, müharibənin qarşısını almağa necə yardım etməyi düşünürsünüz? Siz bu sualıma cavab vermək məcburiyyətində deyilsiniz, amma mən bilmək istərdim ki, nə üçün siz dünyanı və ya ən azından bizim ölkəmizi fəth etmək istəyirsiniz? Tanrı dünyanı yaradıb ki, biz hamımız sülh şəraitində yaşayaq və müharibə etməyək.
Hörmətlə,
Samanta Smit”.
Bir müddət sonra Samantanın gözləmədiyi halda məktub SSRİ-də çıxan “Pravda” qəzetində dərc olundu.
Samanta bu xəbəri dərsdə olanda eşidir və çox sevinir. Məktəbdən evə qayıdanda yaşadığı binanın qarşısının jurnalistlərlə dolu olduğunu görür. Onların hamısı Samantanı gözləyirdilər.
Samanta isə nigaran idi, çünki o, hələ məktubuna cavab almamışdı.
Və 26 aprel 1983-cü il tarixində Amerika məktəblisi Yuri Andropovun cavab məktubunu aldı.
Andropov yazırdı:
“Əziz Samanta!
Bu günlərdə sənin ölkəndən və digər ölkələrdən mənə daxil olan başqa məktublar kimi, sənin məktubunu da aldım.
Mən məktuba əsasən mülahizə yürüdürəm və mənə elə gəlir ki, sən də həmyerlin Mark Tvenin məşhur əsərindəki Tom Soyerin rəfiqəsi Bekki kimi cəsarətli və dürüst qızsan. Bizim ölkədə bütün oğlan və qızlar bu kitabı tanıyırlar və çox sevirlər.
Sən yazırsan ki, bizim ölkələrimiz arasında nüvə müharibəsinin baş verəcəyindən çox narahatsan. Və soruşursan ki, biz müharibənin başlamaması üçün nəsə edirikmi.
Sənin sualın - düşünən hər bir insanın verə biləcəyi ən vacib sualdır. Sənin bu sualına ciddi və dürüst cavab verəcəyəm.
Bəli, Samanta, biz Sovet İttifaqında çalışırıq hər şeyi edək ki, bizim ölkələrimiz arasında müharibə olmasın və ümumiyyətlə, dünyada müharibə olmasın. Bunu hər bir sovet insanı istəyir. Bunu bizə ölkəmizin böyük qurucusu Vladimir Lenin öyrədib.
Sovet insanları müharibənin necə dəhşətli və dağıdıcı bir şey olduğunu yaxşı bilirlər. 42 il əvvəl dünya üzərində hökmranlığa can atan nasist Almaniyası ölkəmizə hücum etdi, bizim minlərlə şəhər və kəndimizi yandırıb viran qoydu, milyonlarla sovet kişi, qadın və uşaqlarını öldürdü.
Biz sülh istəyirik - bizim görüləsi işlərimiz çoxdur: taxıl yetişdirmək, tikmək və ixtira etmək, kitab yazmaq və kosmosa uçmaq. Biz özümüz və planetin bütün xalqları üçün sülh istəyirik. Öz uşaqlarımız və sənin üçün, Samanta.
Əgər valideynlərin icazə versələr, səni bizə gəlməyə dəvət edirəm, yaxşı olar ki, yayda. Ölkəmizi tanıyarsan, həmyaşıdlarınla görüşərsən, uşaqların beynəlmiləl düşərgəsi - Artekdə olarsan. Və özün əmin olarsan ki, Sovet İttifaqında hamı xalqlar arasında sülh və dostluq tərəfdarıdır.
Təbrikinə görə çox sağ ol. Sənə yenicə başlayan həyatında hər şeyin ən yaxşısını arzu edirəm.
Y.Andropov”.
25 avqust 1985-ci il... Dəhşətli qəza Samanta Smitin həyatına son qoydu...
Qızcığaz atası ilə birlikdə İngiltərədən, məşhur Robert Vaqnerin teleşousundan qayıdırdı. Görmə məsafəsinin az olması səbəbindən iki mühərrikli kiçik “Beechcraft 99” təyyarəsi uçuş-enmə zolağına çatmadan, onun kənarına 200 metr qalmış yerə çırpıldı. Təyyarədəki 6 sərnişin və 2 heyət üzvü hadisə yerində həlak oldular. 13 yaşlı qız və atası Samantanın doğulduğu Men ştatının Houlton şəhəri yaxınlığında dəfn olundular.
O hadisədən sonra Samantanın anası onun adına xeyriyyə fondu yaratdı. Fond bir müddət sovet məktəblilərinin ABŞ-a səfərini maliyyələşdirdi. Məqsəd iki ölkə arasında sülhün təbliğatı idi. Lakin fond 1995-ci ildə bağlandı.
1985-ci ildə Samantanın xatirəsinə Sovet İttifaqında poçt markaları buraxıldı. 1986-cı ildə 3147 nömrəli asteroid Samantanın şərəfinə adlandırıldı. 1985-ci ildə Danimarka bəstəkarı Per Nörgard Samantanın xatirəsinə “Uşağı xatırlayaraq” adlı skripka üçün konsert bəstələdi. Samantanın adı ilə zanbaq və georgina növü, Sibirdə tapılmış almaz, okean gəmisi adlandırıldı.
ABŞ-ın Men ştatında Samanta Smitin əlindəki göyərçini havaya buraxan və yanında balaca ayı balası oturmuş heykəli qoyuldu.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46

