Region təhlükədədir...
15.07.2023 [11:00]
Ermənistanın ekoloji terroru ilə üz-üzə
Günel ABBAS
Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində ekoloji terror törətməyə hazırlaşır. Belə ki, Arazdəyəndə iri metallurgiya zavodu inşa etməyi planlaşdıran Ermənistan bununla bütün regionun ekoloji durumunu təhlükə altına atır. İyulun 11-də keçirilən 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu məsələ ilə bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev Ermənistanın beynəlxalq ekoloji normaları kobud şəkildə pozduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın baş naziri Nikol Paşinyana bu ölkənin dağ-mədən sənayesinin Cənubi Qafqazda ekoloji sabitliyi pozması barədə açıq məktub ünvanlayıblar.
Məsuliyyətsizlik fəlakətə yol aça bilər
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, Ermənistanın dağ-mədən sənayesi təkcə Azərbaycanın yox, bütövlükdə Cənubi Qafqazın ekoloji mühitinə ciddi təhdid yaradıb: “Bir müddət öncə Ermənistanın sərhədyanı bölgədə, Arazdəyəndə iri metallurgiya zavodu inşa etməsinə dair xəbər yayıldı və Azərbaycanın vətəndaş cəmiyyəti institutları buna dərhal etiraz səsini ucaltdı. Ermənistan bu zavodu inşa etməklə beynəlxalq konvensiyaları kobud şəkildə pozur. Buna görə biz haqlı olaraq etirazımızı bildirdik”.
E.Cəfərli qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir: “BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ hesab edir. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir. Bundan başqa, Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi 1991-ci ildə qəbul olunmuş Espoo Konvensiyasına da ziddir. Həm Azərbaycan, həm də Ermənistan bu konvensiyanı imzalayan dövlətlərdəndir. Espoo Konvensiyasına uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Bu barədə Prezident İlham Əliyev son müşavirədə fikirlərini qətiyyətlə ifadə etdi”.
Bütövlükdə Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ətraf mühitinə, su resurslarına qarşı ekoloji təhlükə yaradır. “Qacarandakı Zəngəzur mis-molibden kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Əkərək mis-molibden kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir. Göyçə vilayətindəki ildə təxminən 10 min unsiya qızıl hasil edən Daşdəm Qızıl Mədəni yerli suları aramsız şəkildə çirkləndirir. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını zəhərləyir. Bərgüşad çayı isə Araza tökülür”, - deyə o bildirib.
Fəaliyyətimizi davam etdirəcəyik
“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin direktoru Çingiz Ramazanlı bildirib ki, Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartların kobud şəkildə pozulması nəticəsində yaranmış ciddi ekoloji böhranla əlaqədar gözlənilən problemlər Azərbaycanda qeyri-hökumət təşkilatlarını çox narahat edir. Onun sözlərinə görə, BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və kanalizasiya kimi amilləri sağlamlığa təsir edən ekoloji vasitələr kimi qəbul edirlər. Eyni zamanda BMT təmiz, sağlam və davamlı ətraf mühiti insanların əsas hüququ kimi tanıyır. “Lakin belə olan halda, Ermənistanın mədən və emal sənayesi təbiət üçün geridönməz problemlər yaradacaq fəaliyyətlə məşğuldur. Bununla Ermənistan hökuməti həm də BMT-nin 2014-cü ildə qüvvəyə minmiş “Beynəlxalq su axarlarının qeyri-naviqasiya istifadəsi haqqında qanun” Konvensiyasını - Transsərhəd Çaylar Konvensiyasını kobud şəkildə pozur. Nəzərə almaq lazımdır ki, bu konvensiyanın məqsədi transsərhəd su axarlarından ədalətli və davamlı istifadəni təmin etməkdir”, - deyə direktor bildirib.
Ç.Ramazanlı əlavə edib ki, bu sənəd su ehtiyatlarının sosial-iqtisadi və ekoloji inkişaf üçün risk yaradacağı halda, təsirə məruz qala biləcək icmalarla sıx əməkdaşlığı və onların fikirlərini nəzərə almağı vacib bilir: “Lakin Ermənistan rəhbərliyi regionun şirin su ehtiyatlarına mənfi təsir göstərəcək mədən sənayesini təşkil edərkən qonşu kəndlərdə yaşayan gürcülərin, azərbaycanlıların və hətta ermənilərin özlərinin belə ətraf mühitin çirkləndirilməsi prosesində fikirlərini nəzərə almayıb. Bütün dünyanın qlobal ekoloji problemlərin həlli ilə məşğul olduğu bir vaxtda bədnam qonşumuzun bu qeyri-insani siyasəti ölkəmizin ictimai təşkilatları tərəfindən daim tənqid olunur. Real müsbət nəticələr əldə olunana qədər fəaliyyətimizi davam etdirəcəyik”.
Xəbər lenti
Hamısına baxİdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33

