Bayılın məşhur “incisi”...
20.04.2023 [11:02]
Bakı Su İdmanı Sarayı beynəlxalq yarışlara ev sahibliyi edir
Azərbaycanda su idman növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Prezident
İlham Əliyev 2012-ci il avqustun 30-da müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında sərəncam imzalayıb. 2015-ci ilin 20 aprelindən istifadəyə verilən bu kompleksin açılışında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Altı hektar ərazisi olan bu nəhəng idman kompleksi yüksək keyfiyyətlə inşa edilib. Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.
Kompleksdə üç hovuz inşa edilib. Onlardan ikisi Olimpiya hovuzudur. Uzunluğu 50, eni 25, dərinliyi 2,5 metr olan hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub.
Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu isə 25 metrdir. Bundan əlavə hündürlüyü 1, 3, 5, 7, 5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Sarayın binasında Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq funksional və köməkçi sahələr yaradılıb. Hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın “Myrtha Pools” şirkəti tərəfindən yaradılıb. Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes - akrobatika, ağır atletika zalları da mövcuddur. Sarayın tamaşaçı tutumu 6 mindən çoxdur. Bundan əlavə, kompleksdə əlil tamaşaçılar, VIP və media bölmələri mövcuddur. Dam örtüyünün bir hissəsində “SKY LİGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu, örtüyü vizual görüntüsü ilə yanaşı, enerji alma funksiyası ilə daha əlverişli hala gətirib. Belə ki, “AZERGLASS” tərəfindən təmin edilən şüşə örtüklər günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Buradan əldə edilən elektrik enerjisi sarayın bəzi sahələrini enerji ilə təmin edir.
Qeyd edək ki, saray “Bakı 2015 Avropa oyunları”, 2017-ci ildə keçirilmiş İslam Həmrəylik Oyunlarının müxtəlif idman növlərinə, “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının üzgüçülük yarışlarına ev sahibliyi edib.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51

