Uşaq çox, bağça az...
19.04.2023 [11:04]
Ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin az sayda olması hər zaman valideynlərin gileyləndiyi məqamlardan biri olub. Xüsusilə işləyən analar bəzən övladlarını bağçaya qoymaqda çətinlik çəkirlər. Bunun da əsas səbəbi yerlərin məhdud sayda olmasıdır. Mövcud problem müxtəlif zamanlarda gündəmə gətirilsə də, hələ ki tam formada həllini tapmayıb.
Bu günlərdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev də bildirib ki, Bakı, Sumqayıt və Abşeronda əhali sıxlığına görə kifayət qədər bağça yoxdur. Onun sözlərinə görə, bu bölgələrdə elə bağçalar var ki, bütün yerlər doludur, lakin 300-400 valideyn növbə gözləyir: “Biz bu problemin aradan qaldırılmasına çalışırıq. 2023-cü ilin I rübü ərzində ölkə bağçalarda 3 monitorinq aparılıb, monitorinq 1000-ə yaxın bağçanı əhatə edib. Bəzən müşahidə edilib ki, bağçalarda yerlər tutulub, lakin uşaqlar gəlməyib”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Müşfiq Məmmədli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, uşaq bağçalarındakı yer azlığının aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır. Parlament üzvü məktəbəqədər təhsil müəssisəsinə qəbul zamanı ilk növbədə işləyən analara üstünlük verilməsini dəstəkləyir. Bununla belə deputat deyib ki, Azərbaycan təhsil siyasətinə görə, bağçalar yalnız uşaqlara nəzarət funksiyasını yerinə yetirmir: “Məktəbəqədər təhsil sistemi təhsil siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Təhsilin ilk pilləsi hesab olunan məktəbəqədər təhsil müəssisələrində uşaqlara təlim-tədris məşğələləri keçirilir. Valideynlərin istəyindən asılı olmayaraq hər bir uşaq bağçaya cəlb olunmalıdır. Amma yer çatışmazlığı səbəbindən bəzi problemlər yarada bilər. Hesab edirəm ki, Milli Məclisin Elm və təhsil komitəsi bu məsələni müzakirəyə çıxarmalıdır. Şəxsi qənaətim isə belədir ki, bağçalara qəbul zamanı işləyən qadınların uşaqlarına üstünlük verilməlidir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 13:19
Gündəm
31 Avqust 13:08
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31

