/ / Alev Çakmakoğlu Kuru: Sənət yolu ilə apardığımız mübarizə dünya türklərinin haqqı bərpa olunanadək davam edəcək
Alev Çakmakoğlu Kuru: Sənət yolu ilə apardığımız mübarizə dünya türklərinin haqqı bərpa olunanadək davam edəcək
13.04.2023 [10:46]
“Qazi Universiteti olaraq incəsənət yolu ilə apardığımız mübarizə o zamana qədər davam edəcək ki, Xocalıda, Qarabağda, qədim türk yurdu İrəvanda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türklərinin haqqı bərpa olunacaq. Ümid edirik ki, ümumdünya insan haqları bəyannamələri beynəlxalq hüququn tələbləri çərçivəsində Azərbaycan, Şərqi Türküstan, Krım, Ahıska, Noqay və haqsızlığa məruz qalan bütün dünya türklərinin haqqını qoruyacaq, cinayətkarlar cəzalandırılacaq”. Bu fikirləri “Yeni Azərbaycan”ın Ankara bürosuna açıqlamasında Qazi Universiteti İncə Sənətlər Fakültəsinin dekanı, universitetin nəzdindəki Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin direktoru, professor Alev Çakmakoğlu Kuru bildirib.
Qazi Universitetində Azərbaycan, xüsusilə Qarabağ mövzusuna hər zaman həssaslıq və diqqət göstərildiyini bildirən professor deyib ki, türk millətinin məruz qaldığı haqsızlıqları universitetin incəsənət mütəxəssisləri təsviri sənətlə - rəsmlə, heykəllə, pankartla ifadə ediblər. Həmin əsərlərin arasından 120 sənət əsəri seçilib Azərbaycan tərəfinə hədiyyə olunub: “Haqq və ədalət axtarışında, qardaşın qardaşa dəstəyi olan bu fəaliyyətimiz türk sənətkarlarının milli məsələdə birgə hərəkatıdır. Ümumilikdə isə universitetimizdə bir Azərbaycan sevgisi var. Bu da yəqin ki, universitetimizin Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürk tərəfindən yaradılması ilə əlaqədardır. Çünki “Qazi Mustafa Kamal “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyib və Azərbaycana çox sayğılı olub. Universitetimizdə də Atatürkün və millətimizin bizə miras qoyduğu dəyərlərə sahib olan müəllim və tələbə heyəti var. Biz də bu ənənələri davam etdirməkdən qürur duyuruq. Rektorumuz professor Musa Yıldız türk milləti və xüsusilə də Azərbaycan mövzusunda bütün fəaliyyətlərimizi məmnuniyyətlə dəstəkləyib. Əslində, biz də bu fəaliyyətlərimizlə digər universitetlərə örnək olmaq istəyirik. Məqsədimiz heç də bunun üçün təqdir olunmaq deyil, bu bizim mənəvi borcumuzdur”.
Professor hesab edir ki, Azərbaycanla Türkiyəni təkcə coğrafiya yaxınlığı dost-qardaş etməyib, erməni kimi kiçik xalqların əli ilə eyni haqsızlığa məruz qalmaq, eyni kədəri, taleyi yaşamaq iki türk xalqını birləşdirib.
Dekan bildirib ki, sənət tarixçisi olaraq incəsənət sahəsində də Azərbaycanla Türkiyə arasında xüsusi bir yaxınlıq olduğunu müşahidə edib: “Tarixin müxtəlif mərhələlərində türklərin üzləşdikləri erməni zülmü ilə bağlı türkcə və ingiliscə yayımlanan “ermenizulmu.com” saytımız mövcuddur. Amma sənət əsərlərindən ibarət belə bir fəaliyyətimiz yox idi. 2015-ci ildə saxta “erməni soyqırımı” ilə bağlı erməni lobbilərinin Qərbdə, xüsusilə Fransada, Amerikada türklərə qarşı nə qədər aşağılayıcı karikaturalar, rəsmlər və başqa kütləvi fəaliyyətlər gördüm. Onlar arasında ermənilər və erməni diasporası ilə yanaşı, düşüncəsinə görə özünü erməni hesab edən ingilis, fransız, hətta müsəlman da var. Onlar kütləvi olaraq antitürk fəaliyyəti aparırlar. Təəssüf ki, türk millətinə qarşı edilən haqsızlıqla bağlı bu qədər həqiqətlər, tarixi faktlar olduğu halda biz bu istiqamətdə çox da aktiv deyilik. Ona görə də biz bu sahəyə diqqət etmək istədik. Yəni, indiyədək bu istiqamətdə fərdi fəaliyyətlər az deyil, amma toplu halında olmayıb. Odur ki, milli kimliyimiz və dəyərlərimizə əsaslanıb indiyədək olan fəaliyyətləri birləşdirdik. Məsələn, bir sənətkarımız metallardan istifadə edərək Xocalıda işgəncəli qətlə məruz qalan qadının fəryadını ifadə etdi. Biz bu əsərlərin işğaldan azad olunan Azərbaycan torpaqlarında açılacaq muzeylərdə saxlanması üçün Azərbaycan tərəfinə verdik”.
Dekan deyib ki, bu cür fəaliyyətlərin yalnız Azərbaycanla deyil, bütün türk dünyası ilə bağlı olması nəzərdə tutulub: “Eyni mövzuda biz Şimali Kiprdə yunanların hücumlarına, zülmünə məruz qalan Kıbrıs türklərinin faciələrini incəsənətin dili ilə ifadə edib, Kıbrısın milli mücadilə dönəmini əhatə etmək üçün açılacaq muzeyə ərməğan etdik. Bizim bu formatda olan dinc mübarizəmiz bitmədi. Azərbaycan türkləri öz tarixi torpaqlarına - Xocalıya, Xankəndinə, İrəvana gedənədək davam edəcək”.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22

