Malıbəyli, Quşçular...
10.02.2023 [10:55]
Soyqırıma gedən yolda 2 “maneə”
Ermənistan 35 il öncə - 1988-ci ilin fevralından Qarabağ iddiası ilə Azərbaycana qarşı növbəti təcavüzkar siyasətə başladı. Qarabağın ən iri yaşayış məskənlərindən olan Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri Şuşa rayonunda, Qarabağ silsiləsinin dağətəyi ərazisində, rayon mərkəzindən 14 kilometr şimal-şərqdə, Xankəndi şəhərinin 2,5 kilometrliyində, Ağdam-Şuşa avtomobil yolundan 2 km aralıda yerləşirdi.
Üçtərəfli hücum...
1992-ci il fevralın 10-da erməni birləşmiş hərbi hissələri Malıbəyli kəndinə üç tərəfdən hücuma keçirlər. Həmin vaxtadək ara-sıra hücumlar, həmlələr olsa da, vəziyyət budəfəki qədər gərgin olmamışdı. Düşmənin bu hücumu əvvəlkilərə bənzəmirdi. Səhər tezdən kənd artilleriya qurğularından və iriçaplı pulemyotlardan atəşə tutulur. Malıbəyli və Quşçular kəndlərinin kişiləri mərdliklə müdafiə olunaraq düşməni kəndə girməyə, camaatdan girov götürməyə imkan vermirlər. Vəziyyət hər an gərginləşirdi, qadınların, qocaların, uşaqların kənddə qalması böyük faciələrə səbəb ola bilərdi. Gecə ikən Malıbəylinin dinc əhalisi qonşu Quşçular kəndinə gətirilir. Ancaq kəndin kişilərinin silah-sursatı, ov tüfəngi belə olmadığından düşmənin mühasirə dalğası daralır, saatlar ötdükcə Quşçular kəndini də ağuşuna alırdı. Malıbəyli və Quşçular kəndlərinin 3 minədək əhalisi düşmən əlinə keçməmək üçün ya Xocalıya, ya da Ağdama doğru hərəkət etməli idi. Düşmən Xocalı istiqamətində əhalini qırmaq və girov götürmək üçün güclü hazırlıq işləri görmüşdü. Odur ki, Malıbəyli əhalisi soyuq fevral gecəsində Abdal və Gülablı kəndləri istiqamətində 16 km yolu keçib Ağdama tərəf gəlməyə qərar verir.
1992-ci il fevralın 11-də Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərinin camaatı dağları, meşələri aşıb keçərək çətin bir yol qət etdi. Ağbulaq və Pircamal kəndləri yaxınlığındakı zirvələrdə mövqe tutan ermənilər əhalinin keçə biləcəyi yolu nəzarətə götürmüşdülər. Üç minlik əhalinin salamat çıxarılmasını cəmi 60 nəfər müdafiəçi öz üzərinə götürmüşdü. Təpələrin başında yüksək mövqe tutmalarına baxmayaraq, ermənilərin hücumunun qarşısı alındı. Həmin gün Malıbəyli və Quşçular əhalisindən 8 nəfər şəhid oldu, 3 nəfər girov götürüldü, 20 nəfər ağır yaralanaraq bədən xəsarətləri aldı. Fevralın 11-də 18.00-da Malıbəyli-Quşçular camaatı min- bir müsibətlə Ağdamın Abdal və Gülablı kəndlərinə yetişdi. Hər iki qədim kənd fevralın 11-dən 12-nə keçən gecə işğal olundu.
İkinci hədəf Qaradağlı idi
Malıbəyli və Quşçular kəndlərinin işğalından bir neçə gün sonra ermənilər Dağlıq Qarabağın ən qədim və iri yaşayış məskənlərindən olan Qaradağlını mühasirəyə aldılar. 1992-ci il fevralın 15-də təpədən-dırnağadək silahlanmış ermənilər Qaradağlıya güclü basqın etdilər. Həmin gün qurbanlar bahasına olsa da, qaradağlılar düşməni kəndə girməyə qoymadılar. Lakin fevralın 16-da səhər tezdən erməni terrorçuları daha böyük qüvvə ilə Qaradağlı kəndinə güclü hücuma keçdilər. Fevralın 17-nə keçən gecə səhərə qədər döyüş getdi, yenə də camaat necə olursa-olsun kəndi qorudular. Bundan sonra erməni hərbi birləşmələri 23-cü diviziyanın 366-cı motoatıcı alayının əsgər və zabit heyəti və xarici ölkələrdən gətirilmiş muzdlu qatillərlə birlikdə müxtəlif istiqamətlərdən Qaradağlı kəndinə güclü hücuma keçdilər. Fevralın 17-də axşama yaxın müdafiəçilərin istehkam kimi seçdikləri kənd sovetinin binası da ermənilər tərəfindən tutuldu. Sursatları tükənən kənd müdafiəçiləri çoxlu şəhid verdi. Dörd ilə yaxın düşmənlə üz-üzə əliyalın mübarizə aparan Qaradağlı kəndi ermənilər tərəfindən zəbt olundu.
Xocalı yolu açıldı
Xocalı ilə avtomobil əlaqəsi kəsilmiş və yeganə vasitə yalnız hava yolu idi. Şəhərə sonuncu mülki vertolyot yanvarın 29-da gəldi. Şuşa üzərində mülki vertolyotun vurulması və 10 nəfər insanın həlak olmasından sonra nəqliyyatın bu növü də fəaliyyətini dayandırdı.
1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizləndi, yüksək mövqelər ermənilər tərəfindən tutuldu. Onlar güclü silah-sursat və texnika ilə təchiz olunmuşdular. Xocalı əhalisinin gözlənilən təhlükədən xəbəri olsa və ölkə rəhbərliyi bu barədə məlumatlandırılsa da, yenə də heç bir tədbir görülmədi, camaat silahsız-sursatsız, müdafiəsiz şəkildə taleyin ümidinə buraxıldı.
Ermənilər isə irəliyə doğru addımlayırdılar. Maneə hesab etdikləri Malıbəyli, Quşçular və Qaradağlı kəndlərini artıq işğal etmişdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndidəki 366 saylı qvardiya motoatıcı alayının tankları, PDM-ləri, ZTR-ləri və şəxsi heyətin iştirakı ilə Xocalı şəhərinə daxil oldular. Modifikasiya edilmiş “Alazan” tipli qurğular şəhəri yandırıb külə döndərdi. Dinc əhaliyə şəhərdən çıxmaq üçün dəhliz belə verməyən cinayətkarlar Ağdama tərəf qaçan qadını, qocanı, uşağı amansızlıqla qətlə yetirdilər. Beləliklə, 30 ildən çoxdur ədalət gözlədiyimiz “Xocalı soyqırımı” planını reallaşdırdılar.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59

