Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bəzi yerlərdə duman olacaq

Bəzi yerlərdə duman olacaq

14.09.2026 [12:40]

Azərbaycanda sentyabrın 15-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 30-34, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Paylaş:
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30