Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Aydın Quliyev: “Qarabağa gedən diplomatlar artıq sərmayə imkanlarını araşdırırlar”

Aydın Quliyev: “Qarabağa gedən diplomatlar artıq sərmayə imkanlarını araşdırırlar”

13.09.2026 [13:02]

"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa  Qarabağa ilk dəfə  xüsusi nümayəndə göndərir... Siz "Matı- Patıya" fikir verməyin...."

Bunu sosial şəbəkə hesabında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev yazıb. O diplomatik korpus nümayəndələrinin Qarabağa növbəti səfərini şərh edib:

"Bakıdakı diplomatik korpus nümayəndələri rəsmi müşayiət altında Qarabağa növbəti səfər etdilər. "Matı- Patı "görüntüləri altında təqdim olunan bəzi nüansları nəzərə almasaq, bu tip səfərlər Azərbaycanın dövlət olaraq strateji hədəflərinə yönəlik məzmuna malikdir...

Əvvala, hər dəfə tərkibdə dəyişikliklər olur. Bu dəfə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi tədbirə ilk dəfə qatılmışdı. Baxmayaraq ki, Ermənistan mediası bu xanımın Qarabağa gəlişini " Avropa komissarı işğal edilmiş Arsaxa getdi" başlığı altında təqdim etdi. "O Avropa İttifaqı ki, ilyarım əvvələ qədər müharibənin nəticələrini leqal qəbul etmirdi, hələ də "Qarabağ erməniləri"  kimi bir mifin hüquqlarından (?) və təhlükəsizliyindən (?)  danışırdı.İndi sülh prosesini dəstəkləyir. Haralardan haralara gəldiiiiiik?!

2. "Onlara dövlətimizin bərpa - tikinti gücünü  göstəririk" tezisi doğru olsa da, daha zamanı keçib. Çünki dövlətimizin gücünü 6 ildir görə-görə gəlirlər. İndi zamanı olan tezis budur ki, Qarabağa gedən diplomatlar o yerlərdə bizim dövlətimizlə bərabər öz dövlətlərinin sərmayə yatırmaq imkanlarını araşdırır, planlar cızırlar. Çünki Azərbaycanın öz iqtisadi və maliyyə imkanları ilə Qarabağı və Zəngəzuru bəlli bir zamanda tam bərpa edəcəyini yəqin etməyə başlayıblar. Şübhə yoxdur ki, hər belə səfərlərdən sonra Qarabağa sərmayə yatıran ölkələrin sayı artacaq...

Bunlara önəm verin...Böyük diplomatik - siyasi hadisəni hörmətdən salmaq istəyən "Matı - Patıya" fikir verməyin....."

Paylaş:
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30