Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Diplomatların Qarabağ səfərində Yerevanı qıcıqlandıran 3 səbəb...

Diplomatların Qarabağ səfərində Yerevanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 [19:02]

Xarici diplomatların Qarabağa səfəri Ermənistan tərəfini necə qıcıqlandırıbsa, tək parlamentdən 2 rəsmi və əsəbi etiraz gəlib.

Spiker Ruben Rubinyan etiraz etdi ki, Hikmət Hacıyev Gəncəsar monastrını alban abidəsi kimi təqdim etdi. Parlamentin müxalifətdən olan İnsan haqları Komitəsinin sədri Lilit Qalstyan isə deyib ki, Ermənistan XİN diplomatların Qarabağa səfərinə qarşı sərt bəyanat qəbul etməli idi. Çünki:

1. Qalstyanın fikrincə guya Hikmət Hacıyev tarixi saxtalaşdırıb.
2. Qalstyanın fikrincə daha əvvəllər Avropa Parlamenti "Dağlıq Qarabağda erməni irsinin, tarix və mədəniyyətin məhvinə dair" dəfələrlə qətnamələr qəbul edib. Qalstyanın məntiqincə, guya Avropa parlamenti indi həmin qərarlarına sahib çıxmalıdır...

Bəs Ermənistan elitasını əslində qıcıqlandıranlar nədir?

1. Səfərdə iştirak etmiş rəsmilərimizdən heç kim tarixi saxtalaşdırmayıb, əksinə, Hikmət Hacıyev  ermənilərin 30 il Qarabağda örtülü şəkildə "ən qədim tariximiz" deyərək haray saldıqları kitabların əsil saxta mahiyyətini ifşa etdi və məlum oldu  ki, həmin "kitab" deyilən şeylər heç bir yazı - filan olmayan boş şeylər imiş.Diplomatlar bunu görəndə Yerevanda, "dərd vurdu ciyərə"....

2 .100-dən çox xarici nümayəndəni Qarabağda görən Yerevan elitasının sancılanmasına səbəb olmuş əsaslardan biri də o oldu ki, 30 il işğalda saxladıqları Qarabağa  bir dəfə də olsun belə dolğun səfər təşkil edə bilmədilər .Hərdən oğru kimi sərhədlərimizi keçən azğıntı erməni lobbiçilərini nəzərə almasaq .

Nəhayət, Avropa İttifaqının xüsusi nümayəndəsinin ilk dəfə Qarabağa səfər edənlərə qoşulması Yerevana həm zərbə oldu, həm də Avroparlamentin indiyə kimi qəbul etdiyi və ermənilərin çox güvəndiyi "Mədəni irsin genisidi" qətnamələrini ayağı ilə zibil kimi yerə sürtdü.

Yerevanda erməniləri qıcıqlandıran bunlardı.

Aydın Quliyev,

"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30