Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / TƏBİB: Qusarda istirahət mərkəzində yanğında xəsarət alanlardan 2-nin durumu ağırdır

TƏBİB: Qusarda istirahət mərkəzində yanğında xəsarət alanlardan 2-nin durumu ağırdır

22.01.2023 [11:46]

Qusar rayonunda yerləşən "Park Qusar" istirahət mərkəzində baş verən yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.

TƏBİB-dən verilən xəbərə görə, hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 

Xəsarət alanlardan 5-i Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilir. 1 nəfərin müalicəsinə isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam edilir. 

Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir. 

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlardan 4-ü hadisə yerində dünyasını dəyişib.

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30