Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda yol qəzası olub, ölən və yaralananlar var

Bakıda yol qəzası olub, ölən və yaralananlar var

18.01.2023 [11:37]

Bakıda yol qəzası olub, ölən və yaralananlar var.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlunat verilib.

Belə ki, yanvarın 17-də saat 20 radələrində paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Şərifovun idarə etdiyi “Opel” və F.Orucovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.

Nəticədə “KİA” markalı avtomobildə olan sərnişin - paytaxt sakini M.Qarayev hadisə yerində ölüb, sürücü və digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Müşfiqə

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30