Ombudsman: "Dunya Miyatoviçin bəyanatı təəssüf doğurur"
23.12.2022 [13:12]
"Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin Xankəndi - Laçın yolu ətrafında vətəndaş cəmiyyəti institutları nümayəndələrinin keçirdiyi dinc aksiya ilə bağlı bəyanatı təəssüf doğurur".
Bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının bəyanatına münasibət bildirərkən deyib.
O qeyd edib ki, İnsan Hüquqları üzrə Komissardan daha obyektiv, qərəzsiz və ədalətli yanaşma gözlənilsə də, onun son bəyanatında yer alan fikirlər həqiqəti əks etdirməməklə yanaşı, siyasi xarakter daşımaqda və regionda sülh quruculuğu fəaliyyətinə kölgə salmaqdadır:
"Məsələ ilə bağlı əvvəlki bəyanatımda da qeyd etdiyim kimi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində Ermənistan tərəfindən faydalı qazıntı yataqlarının qanunsuz istismarı, habelə nəticədə həmin ərazidə yaranan ciddi ekoloji fəsadlar dinc əhalidə əsaslı narahatlıq yaratmaqdadır. Bu səbəbdən vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən mövcud təhlükəyə ictimaiyyətin diqqətini çəkmək məqsədilə dinc aksiya keçirilir.
Sözügedən dinc aksiya humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yaratmır. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlər üçün zəruri malların təminatına və onlara tibbi xidmətlərin göstərilməsinə maneələr yoxdur.
Bilavasitə mandatına aid olsa da, Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş soyqırımlar, şəhər və kəndlərin talan edilməsi, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, Vətən müharibəsi zamanı mülki əhalinin sıx yaşadığı bölgələrin qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutulması nəticəsində yüzlərlə mülki şəxsin həyat və sağlamlığını itirməsi, işğal müddətində və daha sonra torpaqlarımızın minalarla çirkləndirilməsi, dörd minə yaxın itkin düşmüş soydaşımızın taleyi barədə Ermənistan tərəfindən heç bir məlumatın verilməməsi və digər bu kimi beynəlxalq hüququn ümumbəşəri prinsiplərinə zidd olan əməllərlə bağlı faktlar nədənsə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını narahat etməyib.
Qeyd olunmalıdır ki, 30 ilə yaxın öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların azad edilmiş torpaqlara qayıdışı bu gün də Ermənistanın işğal dövründə törətdiyi dağıntılar və mina terroru səbəbindən gecikir.
Xatırlatmaq istərdim ki, hələ 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmış, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdur.
Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən törədilmiş müharibə cinayətləri, eləcə də işğal zamanı və postmüharibə dövründə basdırılmış minaların insanların həyatına yaratdığı ciddi təhlükə və ekosid cinayətləri ilə bağlı dəfərlərlə etdiyimiz müraciətlərə münasibət bildirməyən Komissarın hazırda Azərbaycan Respublikası vətəndaşlarının milli qanunvericilikdə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş hüquqlarından istifadə edərək, insanların sağlam ətraf mühitdə yaşamaq hüquqlarını pozan ekoloji terror əleyhinə aksiya keçirməsi ilə bağlı ölkəmizə qarşı əsassız fikirlər səsləndirməsini qərəzli yanaşma hesab edir və bitərəf mövqe sərgiləməyə çağırıram".
Günel
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

