Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı açılıb YENİLƏNİB
11.10.2022 [23:40]
Oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub.
yeniazerbaycan.com xəbər verir ki, parkın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.
Əvvəlcə dövlət başçıları parkın açılışını bildirən lenti kəsdilər.
Prezidentlər tədbirdə çıxış etdilər.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov dedi:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli qonaqlar, dəyərli dostlar.
Sizi Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində qarşılamağa şadam. Bugünkü hadisə – Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı iki ölkə arasında dostluq münasibətlərinin və təkcə siyasi, iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlıqda iki qardaş xalqın tarixi əlaqələrinin möhkəmləndirilməsinin gözlə görünən parlaq sübutudur. Bu park qədim münasibətlərimizin, dərin tarixi, mənəvi və əxlaqi kökləri, dəyərləri, ənənələri olan ölkələrimizin möhkəm dostluq və qardaşlıq rəmzi kimi çıxış edir. Məhz bu, qurduğumuz müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəm təməlidir.
Məmnuniyyətlə qeyd edirəm ki, cari ildə Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub.
Hörmətli İlham Heydər oğlu, Sizin, ölkənin milli maraqlarının təmin edilməsinə və müdafiəsinə, onun dünya ictimaiyyəti arasında beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyətinizi xüsusilə qeyd etmək istəyirəm. Sizin şəxsi diqqətiniz və Qırğızıstanla bütün istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək istəyiniz bizim ölkədə hörmət və dəstəklə qarşılanır. Vurğulamaq istəyirəm ki, bizim üçün zamanın sınağından çıxmış qardaş Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir.
Hörmətli qonaqlar, dəyərli dostlar. Bu gün şəhər sakinləri üçün xüsusi bayramdır. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı münasibətilə sizi təbrik edirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə, Sizin bütün komandanıza bu gözəl parkın salınmasında köməyə və yardıma görə xüsusi minnətdarlığımı bildirirəm. Bu park əsl inciyə çevriləcək, burada bizim şəhər sakinlərimiz böyük zövqlə vaxtlarını keçirəcəklər. Qısa müddət ərzində bizim qarşılıqlı istəyimizin bu gözəl reallığa çevrilməsini görmək çox xoşdur. Azərbaycanlı dostlarımıza Qırğızıstanda xoş vaxt keçirməyi, ölkələrimiz və xalqlarımızın maraqları və rifahı naminə tükənməz enerji və böyük uğurlar arzu edirəm. Çox sağ olun.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi:
-Hörmətli Sadır Nurqojoyeviç, əziz dostlar. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı rəmzi məna daşıyır. Bizim ölkəmizə və xalqımıza belə münasibətə görə Qırğızıstan Prezidentinə bütün Azərbaycan xalqı adından minnətdarlıq ifadə etmək istəyirəm. Biz bu parkda, həmçinin Qırğızıstan Prezidentinin baxışlarını, onun şəhərsalma, Qırğızıstanın digər şəhər və kəndlərinin sakinləri üçün olduğu kimi, paytaxt sakinləri üçün rahat, yaxşı şəraitin yaradılması üzrə planlarını görürük.
Yarım il bundan əvvəl Sadır Nurqojoyeviç Azərbaycanda rəsmi səfərdə olub. Bizim təkcə gündəlikdə duran ikitərəfli məsələləri deyil, həm də bütövlükdə daha geniş mənada planları ətraflı müzakirə etmək, gələcəyə baxışlar barədə danışmaq fürsətimiz oldu. Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılıq barədə dəqiq anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır, həmçinin Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər tutulur. Sabah biz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adının verildiyi məktəbdə, eləcə də Azərbaycan xalqının digər oğlu Nizami Gəncəvinin adını daşıyan məktəbdə keçiriləcək tədbirlərdə iştirak edəcəyik. Azərbaycanda bizim görkəmli liderlərə, xadimlərə, onların xatirəsinə bu cür münasibəti yüksək dəyərləndirir, bunu qardaşlığın təzahürü kimi qiymətləndirirlər.
Bu gün mən Qırğız torpağında bir daha görürəm ki, bu qardaşlıq sözdə deyil, əməldədir. Biz Qırğızıstan Prezidenti ilə bu gün məsələlərin geniş spektrini müzakirə etdik. Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və biz hər gün bu tərəfdaşlığı yeni məzmunla zənginləşdiririk. Mənim Qırğızıstana səfərimin birinci günü başa çatır, burada, Qırğızıstan paytaxtının bu yeni mənzərəli guşəsində başa çatır. Onu da deməliyəm ki, bu gün Bakı və Bişkek qardaşlaşmış şəhərlər oldular. Yəni, bizim xalqların qardaşlığı şəhərlərimiz arasında qardaşlaşmaya da transformasiya edir. Əminəm ki, bu gözəl ənənə yaşayacaq, Qırğızıstanın və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq.
Mənə və nümayəndə heyətimizin üzvlərinə qardaş Qırğız torpağında göstərilən qonaqpərvərliyə görə bir daha dərin təşəkkürümü bildirirəm. Öz tərəfimdən əmin etmək istəyirəm ki, ortaq köklərə, ortaq mədəni irsə malik olan qardaş xalqlarımızı daha sıx birləşdirməkdən ötrü əlimdən gələni edəcəyəm. Biz Qırğızıstan Prezidenti ilə birlikdə əlimizdən gələni edəcəyik ki, beynəlxalq təşkilatlarda bundan sonra da dostluğu dəstəkləyək, Qırğızıstan və Azərbaycan bütün sahələrdə - həm iqtisadiyyat, həm investisiya, nəqliyyat, energetika, mədəniyyət sahələrində xalqlarımızın rifahı və ölkələrimizin gələcəyi naminə iki qardaş kimi çiyin-çiyinə irəliləsin.
Xoş münasibətə, qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirir, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram. Diqqətinizə görə minnətdaram.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36

