Jurnalistlər seçirlər...
24.09.2022 [10:08]
Yeganə BAYRAMOVA
Bu gün Azərbaycan jurnalistlərinin Beynəlxalq Muğam Mərkəzində VIII qurultayı keçirilir. Azərbaycan Mətbuat Şurasına yeni sədr seçilir. Eyni zamanda, Mətbuat Şurası İdarə Heyətinin də yeni tərkibi müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin qərarına əsasən, ali məclisdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik və aylıq qəzetlər, həmçinin jurnallar, jurnalist təşkilatları, internet informasiya resursları və digər qurumlar 1 nümayəndə ilə təmsil olunurlar. Ümumilikdə, 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.
Təşkilat Komitəsi onu da müəyyənləşdirib ki, üzv təşkilatlar jurnalistlər və ictimaiyyət nümayəndələri daxil olmaqla ümumilikdə 301 şəxsi Şuranın İdarə Heyətinə namizəd kimi göstərərək onların adlarını müvafiq anketə qeyd ediblər. Həmin şəxslərin 152-nin adı anketlərdə bir, 40-nın adı iki, 18-nin adı üç, 6-nın adı dörd, 3-nün adı beş, 5-nin adı altı, 4-nün adı yeddi, 5-nin adı səkkiz, 5-nin adı doqquz dəfə çəkilib. Adları anketlərə 10-20 aralığında yazılmış namizədlərin sayı 18-dir. Namizədlərin verilməsi prosesində anketlərə bir şəxsin adı ən çox 112 dəfə daxil edilib.
Dünən isə Təşkilat Komitəsinin təşəbbüsü ilə Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçılarının bir qrupu Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət edib. Tanınmış oftalmoloq alim Zərifə Əliyevanın da məzarı ziyarət olunaraq xatirəsi anılıb. Bu barədə Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsindən məlumat verilib.
Həsən bəy Zərdabinin məzarı önündəki çıxışlarda Azərbaycan jurnalistikasının dünəninə və bu gününə nəzər salınan fikirlər bildirilib. Qeyd edilib ki, inkişaf dövrünü yaşayan mediamız tarixi ənənələrinə hər zaman sadiq qalaraq fəaliyyət göstərib. Azərbaycan jurnalistlərinin qurultayları da müstəqillik dövrünün media tarixinin ənənələrindəndir.
Fürsətdən istifadə edib bugünkü qurultaydan gözləntilərlə bağlı media nümayəndələrinin fikirlərini öyrəndik...
Mətbuat Şurasında yeni nəfəs olacaq!
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Mətbuat Şurası 19 il ərzində mətbuatın özünütənzimləməsində böyük işlər görüb: “Əminəm ki, yeniləşən Mətbuat Şurası daha çox iş görəcək. Təbii ki, hər bir jurnalistin bugünkü qurultaydan gözləntiləri çoxdur. Ümid edirəm ki, Mətbuat Şurasına yeni qüvvə və nəfəs gələcək. Əlbəttə, bu, jurnalistləri düşündürən, maraqlandıran, müəyyən qədər narahat edən bəzi məsələlərin həllinə də öz töhfələrini vermiş olacaq. Ona görə də hesab edirəm ki, bugünkü qurultayda Şuraya yeni seçilən sədrdən, idarə heyətindən və digər həmkarlarımızdan gözləntilər böyükdür. Bu baxımdan MŞ-nın yenilənməsinə ehtiyac var”.
Milli məfkurəmiz ön planda olmalıdır...
“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turanın sözlərinə görə, jurnalistikamızda mühüm olan, mediamızın inkişafına təkan verən əsas prioritet xətlərdən biri dövlətçilik ənənələrinin davam etdirilməsi, milli məfkurəmizin ön planda olmasıdır: “Əsas odur ki, mətbuatımızın əsas aparıcı xəttini dürüst ideologiyamız və milli konspesiyamız təşkil etsin. Mətbuatda prinsipiallıq yaxşı faktlardan biridir. Lakin dəyərlərimizə hörmət edərək prinsipial olmaq lazımdır. Yəni mediada kiminsə bir-birini aşağılamaq, kiminsə şəxsiyyətinə toxunmaq yolverilməzdir”.
Xatırladaq ki, Azərbaycan jurnalistlərinin sonuncu, yəni VII qurultayı 2018-ci ildə baş tutub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

