Sərçənin itməkliyi
19.09.2026 [08:31]
Təkamül tarixinə düşəcək. Bəs Ədəbiyyatdan nə gedəcək?
Heç nə - bir neçə sətir yazı, unudulmaqda olan uşaq şeirləri, sevgi və təbiət nəğmələri. Tarixə çevrilən yaddaş haralardasa böyük data okeanlarının dibində yatıb gözləyəcək - kimsə axtarış versə, sərçələr də elə oradan cikkildəyib yanımıza qayıdacaq...
Yəqin, o vaxtlar indiki kimi olsaydı, dinozavrlar haqqında da hansısa müəllif öz səhifəsində kiçicik bir yazı yazmaqla kifayətlənəcəkdi. Əslində, sərçələrin itməkliyi dinozavrların yoxa çıxmaqlığı qədər tektonik hadisədir. Hərçənd, gözümüzün qabağında Aral və Urmu gölləri qaçıb getdi - içində də min cür flora və faunası ilə. Yaxşı ki, indi bütün çıxıb gedənlər özü ilə mətn - Ədəbiyyat aparır. Məsələn, dinozavrlara bu qismət olmamışdı, onların dövründə nə saray şairləri, nə salnaməçilər, nə də romançılar vardı. Bu mənada, sərçələrin “bəxti gətirib”...
Sərçələr tamamən çıxıb getsə, yaxşı olmayacaq. Sən demə, Bakıda da sərçələr yoxa çıxmaqdadırlar. Hələ Çini, Avropanı demirəm.
Elmdə “ev sərçələri” kimi təsnifatlaşdırılan adi sərçənin yer üzündən yoxa çəkilməkliyi böyük həyəcan doğurub. London Zoologiya Cəmiyyəti və Britaniya Ornitologiya Fondunun hesablamalarına görə, təkcə paytaxt şəhərində sərçələrin populyasiyası 71 faiz azalıb. Axı onlar vəhşi təbiətdə deyil, insanla yan-yana yaşamağı sevirlər.
Bəzən sərçələr tarlaları da dənləyib yoxa çıxarır, təsərrüfatlara kütləvi ziyan vururdular. Amma bunun da iki üzü varmış. 1959-cu ildə Cin lideri Mao Tszedunun göstərişi ilə dörd zərərvericinin (siçovul, ağcaqanad, milçək və sərçə) məhv edilməsi üçün kampaniya başladı. Beləcə, zərərvericilər ictimaiyyətin və mətbuatın köməyi ilə kütləvi şəkildə məhv edildi. Məsələn, Çində kənd əhalisi sərçə sürülərinin tarlalara qona bilməməsi üçün qazan-tavanı döyəcləyərək onları qorxudub havada saxlayırmış, cəmi on beş dəqiqə sonra bu təzyiqə dözməyib göydən yerə gələn sərçə cəsədləri maşınlara doldurulub daşınırmış. Nəticələr çox yaxşı idi - sonrakı il Çində heç vaxt görünməmiş məhsuldarlıq əldə edildi...
Qəribədir, Ədəbiyyat heç vaxt siçovulu, ağcaqanadı və milçəyi vəsf etməyib, amma sərçəni uşaq yaddaşımıza, sevgilərimizin içinə yazıb. Və heç vaxt da deməyib ki, sərçə tarlaları məhv edən zərərvericidir. Görəsən, gələcəkdə robot-insan bunu nəzərə alacaqmı?
Antarktida istisna olmaqla, sərçələr planetin hər tərəfində yaşayır. Mütəxəssislərin hesablamalarına görə, indilikdə Avropada sərçələr 70-80 faiz azalıb. Almaniya Təbiət və Biomüxtəlifliyin Qorunması Birliynin (NABU) mütəxəssisləri isə deyir ki, paradoksal vəziyyət yaranıb: sərçələr elə indi də sürü halında park və xiyabanlara doluşur, burada onların dən yeməsi üçün hər hür təbii və tullantı qidalar var. Di gəl, bir müddət sonra sürülər kütləvi şəkildə qırılır.
Çin kimi olmasın?!
1961-ci ildə Böyük Çin Qıtlığı başladı. İnsanlar ağac qabıqları və həşəratları yeyib dolanırdılar. Təxminən 30 milyona yaxın insan aclıqdan öldü. Çin Kommunist Partiyası isə, səhvini başa düşüb digər 3 zərərvericini deyil, məhz sərçəni təbiətə qaytarmaq üçün SSRİ-dən vaqonlarla sərçə sürüləri alıb öz ərazisində bəsləməyə başladı. Sən demə, sərçələr ekoloji tarazlığı qoruyub saxlayırmış: əsasən də, gül kimi məhsulu məhv edən çəyirtkələri və digər tırtılları yeyib özləri salamat qalırmış...
İnanmıram ki, sərçələrin itməkliyi indiki dünyanı ac qoya. Bir vaxtlar Çindən qovulmuş sərçələr sadəcə bu dünyanı tərk etmək istəyirlər. Onlar nə dinozavrlara bənzəyir, nə də sürü halında hansısa qonşu ölkədən alınıb-satılmaq istəyirlər...
Axı, Ədəbiyyatda qalırlar...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21

