Azərbaycanın regional inkişaf nümunəsi
19.09.2026 [11:05]
Hazırda dünyanın əksər ölkələrində izlənilən tipik proseslərdən biri regionlarla paytaxtlar və digər iri şəhərlərin inkişafında kəskin fərqlərin yaranmasıdır. Adətən diqqət meqapolislərin sürətli inkişafına yönəldilir, regionlar isə getdikcə daha çox dərəcədə geridə qalır.
Müstəqil Azərbaycanın nümunəsində isə biz fərqli yanaşma görürük. Belə ki, ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq bütün respublika üzrə tarazlı inkişafın təmin edilməsi strategiyası müəyyənləşdirilib və ötən dövrdə bu istiqamətdə bölgələrdə çoxsaylı layihələr reallaşdırılıb. Beləliklə, bölgələrimiz də ölkənin ümumi sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunub. Əlamətdar haldır ki, Prezident İlham Əliyev dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən regional inkişafı şəxsi nəzarətində saxlayır. Dövlətimizin başçısının birinci xanım Mehriban Əliyeva ilə birlikdə vaxtaşırı regionlara səfərlər edərək görülən işlərlə yerindəcə tanış olması, layihələrin icra vəziyyəti ilə maraqlanması və dəyərli tövsiyələrini verməsi bunun əyani təsdiqidir. Son olaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu günlərdə Şamaxıda səfərdə olublar. Səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım Şamaxıda “Pirqulu Park” hotelinin, “Meysari Grand Hotel & SPA” kompleksinin açılışına qatılıb, “Nəsimi Bağları” kompleksinə gedib, həmçinin Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.
Bəhs olunan səfər ölkəmizdə regional inkişaf strategiyasının ardıcıl şəkildə davam etdirildiyini təsdiqləyir. Bu siyasətin təməli isə 2004-cü ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Söhbət respublikamızda dövlətimizin başçısının müvafiq fərmanı əsasında 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul olunmasından gedir. Beləliklə də, 22 il bundan əvvəl ölkəmizdə uğurlu bir ənənənin əsası qoyulub. Regional inkişafa dair ilk Dövlət Proqramı 2004 - 2008-ci illəri əhatə edirdi. Sonrakı mərhələdə isə 2009 - 2013, 2014 - 2018, 2019 - 2023-cü illəri əhatə etməklə daha 3 Dövlət Proqramı qəbul olunub.
Ölkənin bütün regionlarının hərtərəfli inkişafını hədəfləyən müvafiq Dövlət proqramları dərindən əsaslandırılmış konseptual sənədlər olmaqla yanaşı, həm də geniş praktiki məzmun daşıyıblar. Onlar hazırlanarkən dünyadakı qabaqcıl təcrübə və müasir çağırışlar nəzərə alınıb. Eyni zamanda, regional inkişaf proqramları hazırlanarkən bölgələrin ənənələri, əmək ehtiyatları, insanların arzu və istəkləri diqqət mərkəzində saxlanıb. Bütün bunlar da sözügedən Dövlət proqramlarının işlək olmasını təmin edib.
Regionlarda müasir infrastruktur quruculuğu
Son 22 ildə regional inkişaf strategiyasının reallaşdırılmasında qazanılan nəticələrə istinadən belə bir fikri əminliklə ifadə edə bilərik ki, bütün ölkə üzrə zəruri infrastrukturun yaradılması Dövlət proqramlarının əsas istiqamətini təşkil edib. Bəhs olunan dövrdə həm müvafiq Dövlət proqramları çərçivəsində, həm də Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında bütün ölkə üzrə müxtəlif infrastruktur layihələrinin icrası təmin edilib. Bunun nəticəsidir ki, qısa müddətdə Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. O cümlədən Dövlət proqramlarının icrası çərçivəsində Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları, Baş Mil-Muğan kollektoru kimi nəhəng layihələrin icrası böyük uğurdur. Bu qəbildən olan su layihələrinin həyata keçirilməsi sayəsində regionlarda dövriyyəyə yeni torpaqlar cəlb olunub, eyni zamanda, əhalinin içməli su təminatı yaxşılaşıb. Hazırda ökə üzrə qazlaşdırmanın səviyyəsi 95 faizi ötüb. Sevindirici haldır ki, bu gün ucqar dağ kəndlərimiz də mavi yanacaqla təmin olunurlar. Bəhs olunan dövrdə ölkə üzrə yol infrastrukturunun yenilənməsi də müstəqil Azərbaycanın böyük uğurudur.
Eyni zamanda, son illərdə ölkə üzrə reallaşdırılan infrastruktur layihələrinin böyük bir qismi sosial təyinatdıdır. Bu sırada respublikanın ayrı-ayrı bölgələrində 3 mindən çox məktəbin inşasını və yaxud əsaslı şəkildə yenidən qurulmasını xüsusi olaraq qeyd edə bilərik. Regionlarda təhsil infrastrukturunun yenilənməsində Heydər Əliyev Fondu da yaxından iştirak edir. Bundan başqa, regional inkişaf proqramlarının icrası çərçivəsində bölgələrimizdə ən müasir tələblərə cavab verən xəstəxanalar, diaqnostika mərkəzləri, idman kompleksləri inşa olunub.
Ölkənin turizm cəlbediciliyinin artırılması
Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, hazırda turizm milli iqtisadiyyatların ən perspektivli istiqamətlərindən birinə çevrilməkdədir. Azərbaycanın da zəngin turizm potensialı var və ölkəmizdə bu potensialdan səmərəli şəkildə istifadə olunması istiqamətində zəruri addımlar atılır. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” respublikamızda bu sahənin inkişafına güclü təkan verəcək.
Qədim tarixi, zəngin mədəni irsi, gözəl təbiəti və özünəməxsus mülayim iqlimi ilə seçilən Şamaxı da Azərbaycanın cəlbedici turizm məkanlarından biridir. Dağ mənzərələri, üzüm bağları, qədim abidələri və qonaqpərvərlik ənənələri bu bölgəni istirahət və səyahət üçün həm yay, həm də qış fəslində əlverişli edir. Şamaxıda dövlət başçısının və birinci xanımın iştirakı ilə yeni turizm obyektlərinin açılması isə turizm infrastrukturunun inkişafına töhfə olaraq yerli və xarici qonaqların rahat istirahəti, rayonun turizm potensialından daha səmərəli istifadəsi və yerli iqtisadiyyatın inkişafı üçün əlavə imkanlar yaradacaq.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45

