Sistemə kiber-hücum olub?
16.09.2022 [10:34]
MİDA mənzilləri satılmadı...
Nicat PAŞA
Dünəndən etibarən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı başlayıb.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN login üzərində yüklülük nəticəsində texniki problem yaranıb. Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.
Ardınca “ASAN Xidmət”in nəzdində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satılmamasına aydınlıq gətirib. Mərkəzin direktoru Mehdi Cavadov bildirib ki, satışın başlamasına bir neçə dəqiqə qalmış sistemdə problem yaranıb: “ASAN login üzərindəki yüklülük səbəbindən sistemə keçmək mümkün olmayıb. Satışdan əvvəl 100-dən çox test etsək də, bu gün sistemdə problem yaranıb”.
Qeyd edilib ki, bu, müvəqqəti haldır və mənzillər yenidən satışa çıxarılacaq.
Problemin yaranmasının əsas səbəbi nədir? Hansı əlavə tədbirlər görülməlidir?
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bəzi məsələlərə aydınlıq gətirib. İT mütəxəssisinin fikrincə, sistemə kiber-hücum olub: “MİDA-nın bu gün keçirilməli olan onlayn satışı yenidən baş tutmadı. Asan Login sisteminə kiber-hücum olub. Səlahiyyətli qurumların nümayəndələri açıqladılar ki, satışa qısa müddət qalmış Asan Login sistemində problemlər müşahidə olunub. İstifadəçilər Asan Login vasitəsilə eGov-a giriş edə bilməyiblər. Belə olan halda isə məlum olub ki, istifadəçilərin bir hissəsi sistemdə olduğu halda digərləri daxil olmaqda çətinlik çəkirlər. eGov-a cavabdeh qurumlar Asan Login və eGov sistemlərinə hədsiz çox sorğular olmasını müəyyən ediblər. Satışadək aparılan testlərə görə bu sorğular məhdud çərçivədə olmalıydı. Sistemə olan çoxsaylı sorğuları Asan Login rəsmiləri təhdid, kənar müdaxilə olaraq dəyərləndiriblər. Qısası, güman etmək olar ki, Asan Login sisteminə kiber-hücum olub”.
AİF prezidentinin sözlərinə görə, bu dəfə problem MİDA sistemində deyil, Asan Login sistemində olub: “Baxıram ki, bir çoxları yazıblar ki, MİDA sistemi çöküb. Bu, doğru deyil. Çökən MİDA-ya qədər olan sistem - Asan Login sistemidir. Əslində, çökmək də demək olmaz, sadəcə, cavabdeh şəxslər satışdan öncə müəyyən ediblər ki, Asan Loginə edilən müraciətlər normalda olduğundan kəskin artıb. Onlar da doğru olaraq bunu kiber-hücum olaraq dəyərləndiriblər və satışı məqbul hesab etməyiblər. Yəni satışın dayandırılması təklifini Asan Loginə cavabdeh qurum, Elektron Hökumətin İnkişafı Mərkəzi, onun səlahiyyətli nümayəndəsi verib”.
Problem hardadır?
Nasazlığın yarada biləcək səbəblərindən danışan O.Gündüz fikirlərinə belə davam edib: “Anlaşılmaz odur ki, nə üçün dövlət resursuna ola biləcək təhdid, kiber-hücum öncədən nəzərə alınmayıb. Kiber-hücum haradan olub, daxildən, ya xaricdən? Bunun ötən satışın ləğvi ilə hər hansı əlaqəsi varmı? Bəlkə də Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlıdır? İndi adi bir proqramçı da pulsuz resurslardan istifadə edib DDoS hücum təşkil edə bilərsə, görəsən, nə üçün məsul şəxslər bunu nəzərə almayıblar? İndi bu tip hücumları zərərsizləşdirməyin heç bir problem olmadığı bir zamanda aidiyyəti qurumların səhlənkarlığı təəssüf doğurur”.
Onu da qeyd edək ki, ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılıb. Mənzil almaq istəyənlər tərəfindən 27696 elektron kabinet yaradılıb.
P.S Xatırladaq ki, “Yeni Azərbaycan” qəzeti olaraq ötən ay güzəştli mənzillərin satışının həyata keçiriləcəyi sistemdə texniki sazlamaların edilib-edilmədiyi haqqında məlumat almaq üçün MİDA-ya sorğu göndərmişdik. Agentlikdən qəzetimizə verilən açıqlamanı olduğu kimi təqdim edirik: “Qeyd edək ki, ötən müddət ərzində “Güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi işi həyata keçirilmiş və xüsusi proqram təminatları vasitəsilə mənzil seçiminin daha sürətli edilməsinin qarşısının alınması məqsədilə 15-22 sentyabr 2022-ci il tarixdə keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilmişdir. Bununla da güzəştli mənzil əldə etmək istəyən vətəndaşlar tərəfindən seçimin bərabər şəkildə, etibarlı, təhlükəsiz və şəffaf şəkildə reallaşdırılması təmin ediləcəkdir. Vətəndaşlara tövsiyə olunur ki, mənzil seçimini yalnız özləri həyata keçirsinlər və xüsusi proqramlardan və ya proqramçıların köməyindən istifadə etməsinlər”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

