Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nizami rayonunda Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

Nizami rayonunda Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

21.09.2026 [14:53]

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə “Zəfərlə ucalan Azərbaycan və suverenlikdən doğan güc” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə YAP Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, şəhid Cavid Manafovun anası Natəvan İbrahimova, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov və Azərbaycan Universitetinin tələbəsi Adəm Quliyev çıxış ediblər.

Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətdən, 2020-ci il Vətən müharibəsində əldə olunan Zəfərdən və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin nəticələrindən bəhs olunub. Qeyd edilib ki, həmin tədbirlər nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olunub, dövlət bayrağımız ölkənin bütün ərazilərində ucaldılıb.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkənin çoxəsrlik tarixində yeni mərhələnin başlanğıcını qoyub. Bu tarixi nailiyyət regionda təhlükəsizlik və əməkdaşlıq məsələlərinə də yeni reallıqlar gətirib.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarına əsaslanan siyasət həyata keçirdiyi, ölkənin öz dövlət maraqlarını və hüquqlarını beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiə etdiyi vurğulanıb. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinin ölkənin regional və beynəlxalq müstəvidə rolunun güclənməsinə töhfə verdiyi qeyd olunub.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30