Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Kəlbəcər rayon təşkilatında 20 Sentyabr Dövlət Suverenliyi Günü qeyd olunub

YAP Kəlbəcər rayon təşkilatında 20 Sentyabr Dövlət Suverenliyi Günü qeyd olunub

21.09.2026 [13:21]

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatında 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar Komitəsinin sədri Əli Bağırov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları və üzvləri iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.

Qeyd etdi ki, bu tarixi hadisə  Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin müzəffər sərkərdəliyi, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, rəşadətli Ordumuzun gücü və xalqımızın milli birliyi sayəsində mümkün olub. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.  Kəlbəcər rayon Dövlət İşçiləri Həmkarlar  Komitəsinin sədri Əli Bağırov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Ələsgər Kəmalov,Rəşail Azayev,Yadulla Süleymanov,Natiq Alşanov,tibb bacısı Mehriban Abdullayeva,YAP Kəlbəcər rayon təşkilatının sədr müavini Qənaət Əsgərov, Kəlbəcər Su Melarasiya idarəsinin əməkdaşı Bilal Nuriyev, Kəlbəcər 109 nömrəli tam orta məktəbin müəllimi Çinarə Eyvazova və digər çıxış edənlər 20 Sentyabr – Dövlət Suverenliyi Günü haqqında fikirlərini bölüşüblər.Bildirilib ki, bu tarixi nailiyyət Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinə imkan yaradıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bu proses xalqımızın Böyük Qayıdış arzusunun gerçəkləşməsinin bariz ifadəsidir.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30