Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / "Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq

"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq

21.09.2026 [21:43]

"Vahid Rusiya"nın 348-356 deputatdan ibarət fraksiya formalaşdıracağı gözlənilir. Buna qədər partiyanın ən yüksək göstəricisi 2016-cı il seçkilərinin nəticələrinə əsasən 343 mandat olub.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumatlar göstərir ki, "Vahid Rusiya" IX çağırış Dövlət Dumasında sadəcə konstitusiya çoxluğu deyil, həmçinin tarixində ən böyük fraksiyanı əldə edir.

Partiya siyahıları üzrə protokolların 94,41 faizi işləndikdən sonra "Vahid Rusiya" 57,83 faiz səs toplayıb. Sonrakı yerlərdə 13,81 faiz səslə Kommunist Partiyası, 8,96 faizlə Liberal Demokrat Partiyası (LDPR), 7,97 faizlə "Yeni insanlar" və 4,96 faiz səslə "Ədalətli Rusiya" partiyası qərarlaşıb. “RBK” yazır ki, sonuncu partiya hazırda 5 faizlik baryeri keçə bilməyib və Dövlət Dumasına düşməmək təhlükəsi ilə üzləşir.

Beş faizlik baryeri keçməyən partiyaların səsləri yeni fraksiyalar arasında proporsional şəkildə bölüşdürülür. "Ədalətli Rusiya" 5 faizlik həddi keçərsə, "Vahid Rusiya" partiya siyahıları üzrə 225 deputat mandatından 139-nu əldə edə bilər. Bu halda say baxımından ikinci ən böyük fraksiyanı 33 mandatla Kommunist Partiyası formalaşdıracaq. LDPR 22, "Yeni insanlar" 19, "Ədalətli Rusiya" isə 12 mandat əldə edəcək.

Birmandatlı seçki dairələri "Vahid Rusiya"ya daha çox yer qazandırır. Hazırda partiya 225 dairədən 209-da liderdir. Kommunist Partiyası isə 5 mandat əldə edir.

Paylaş:
Baxılıb: 18 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30