Paşinyanın seçki qərargahından açıqlama?
08.09.2022 [10:40]
“Müharibə bitməyib” tezisi kimə, necə xidmət edir?
P.İsmayılov
2020-ci ilin noyabrın 10-u II Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə bitdiyini özündə əks etdirən üçtərəfli Bəyanat imzalandı. Bu, Ermənistanın faktiki kapitulyasiyası, müharibənin bitməsi demək idi. Amma məsələn, Əli Kərimli Sevinc Osmanqızının internet televiziyasına müsahibəsində deyir ki, “müharibə bitməyib”. Ə.Kərimli bu ifadəni hansı arqumentə əsaslanıb deyir? Arqument yoxdur.
“Müharibə bitməyib” tezisi kimin və nəyin xeyrinə işləyir? Birinci növbədə, bu ifadə reallığı ifadə etmədiyi kimi bütövlükdə Azərbaycan dövlətinin və xalqının mənafeyini də ifadə etmir. “Müharibə bitməyib” tezisinin altından erməni maraqları boylanmaqdadır. Çünki bu tezisi Ermənistan hakimiyyəti də tez-tez təkrarlayır. Paşinyan hakimiyyətinin bəzi üzvləri danışıqlar prosesində önə çıxmaq, müəyyən qazanc əldə etmək üçün bu tezisdən istifadə edirlər. Demək ki, bu fikir bütövlükdə Ermənistanın dəstəklənməsidir.
Ə.Kərimli “müharibə bitməyib” tezisi ilə Ermənistandakı revanşistlərin əlinə dəstəvuz verir. Axı, həmin revanşistlər - hansı ki, onların sırasında əli minlərlə azərbaycanlının qanına batan sarkisyanlar, ohanyanlar, koçaryanlar təmsil olunur, eyni sözü təkrarlayırlar. “Müharibə bitməyib” ifadəsi həmin revanşistlərin əsas istinad nöqtəsidir. Hətta bu tezis üzərindən onlar hakimiyyət uğrunda mübarizədə də istifadə edirlər. Onların revanşizm arzuları “müharibə bitməyib” tezisinin alt yapısıdır. Demək ki, revanşistlərlə Ə.Kərimli eyni tezislər üzərindən danışırlar.
Bu tezis qondarma “artsaxa” da ümid verir. Müharibə bitib və Azərbaycan ilə Ermənistan sülh müqaviləsi üzərində danışıqlar aparır. Sərhədlərin müəyyənləşdirilməsi - delimitasiya və demarkasiya prosesinə start verilib. Müharibənin bitməsindən ən çox narahatlıq keçirən isə separatçılardır. Çünki bu proses onların birdəfəlik ləğvini təmin edəcək. Bu mənada, qondarma “artsaxın” qondarma rəhbərliyi “müharibə bitməyib” ifadəsi üzərindən həm özlərinə ürək-dirək verirlər, həm də beynəlxalq aləmdən imdad diləyirlər. Qondarma separatçılara “qoşularaq” eyni dildən danışan Ə.Kərimli də iddia edir ki, “müharibə bitməyib”.
Cənubi Qafqaz regionu, konkret olaraq Azərbaycan geosiyasi baxımdan maraqların kəsişdiyi bir məkandır. Bəzi beynəlxalq güclər bu regionda münaqişələrin bitməsini, stabilliyin yaranmasını, davamlı sülhün, təhlükəsizliyin bərq?rar olmasını istəmir. Hətta hər məqamda hazırki reallığın dəyişməsinə çalışırlar. Bəzən bir bəyanatla, bəzən bir sözlə öz “arzularını” ifadə edirlər. Onlar üçün müharibənin bitməsi sərfəli deyil. Çünki müharibənin davam etməsi yenidən bu regiona müdaxilə imkanları yaradır. Müharibənin davam etməsi yeni proseslərin yaranmasına yol açır. Əli Kərimli də “müharibə bitməyib” deməklə həmin güclərin əlinə oynayır, arzularına dəstək vermiş olur. Qarabağı, 44 günlük Vətən müharibəsini, bütövlükdə qələbəni alver predmetinə çevirmək istəyir. Bunu istəyənlərin vasitəçisinə çevrilir.
“Müharibə bitməyib” demək həm də münaqişənin bitmədiyini iddia etməkdir. Münaqişənin bitməməsini demək, yenidən ATƏT-in Minsk qrupunu - ölü bir qurumu diriltmək cəhdidir. Hansı ki, 30 ilə yaxın müddətdə bu qurum münaqişəni tənzimləmək yerinə, Azərbaycanın haqlı mövqeyini təmin etmək yerinə prosesi dalana alıblar. Ə.Kərimli bununla da ölü quruma - ATƏT-in Minsk qrupuna, hətta münaqişənin bitməsini istəməyən qüvvələrə mesaj verir - hələ hər şey bitməyib. Bu mesaj o deməkdir ki, ATƏT-in Minsk qrupu, münaqişənin qalmasını arzulayanlar yenidən bundan bəhrələnsinlər, gəlsinlər-getsinlər, turist səfərləri ilə pul qazansınlar. Və əlbəttə ki, yeri gələndə erməni maraqlarını, yeri gələndə öz maraqlarını ifadə etsinlər. Sülh danışıqları bloklansın. Danışıqlar prosesi yenidən bitməyən bir dəhlizə qədəm qoysun. Bu, ATƏT-in Minsk qrupunun, erməni havadarlarının, bir sıra qüvvələrin arzularıdır. Beləliklə, Ə.Kərimli ermənilərin, onların havadarlarının, müharibənin bitməsini istəməyən qüvvələrin maraqlarının ifadəçisi rolunda çıxış edir. Özünü Azərbaycan hakimiyyətinə müxalifətdə olan şəxsdən çox “Paşinyanın seçki qərargahının üzvü” statusunda təqdim edir. Çünki bu tezis sanki Paşinyanın seçki qərargahının seçkiqabağı təbliğat tezisidir. Ən maraqlısı isə budur ki, belə bir tezis niyə Əli Kərimlinin dilindən səsləndirilir? Bunun adı nədir?
Xəbər lenti
Hamısına baxSiyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53

