MEDİA-dan maarifləndirici videoçarx
01.09.2022 [10:18]
Ən çox verilən suallar...
Nicat PAŞA
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi fəaliyyətini uğurla davam etdirməkdədir. Yarandığı gündən etibarən ölkə mediasının inkişafı istiqamətində mühüm layihələr həyata keçirən MEDİA jurnalist savadlılığının artırılması istiqamətində daha bir uğurlu layihəyə imza atıb. Belə ki, agentlik “Media haqqında” Qanuna dair maarifləndirmə videoçarxı hazırlayıb.
Qeyd edilən maarifləndirmə videoçarxında MEDİA Agentliyi qanunda nəzərdə tutulan bir sıra məqamları xatırladıb. Xüsusilə qeyd etmək lazımdır ki, materialda müvafiq qanunda göstərilən müddəalar daha asan başa düşülməsi üçün sual-cavab şəklində izləyicilərə təqdim olunub.
“Yeni Azərbaycan” qəzeti həmin videomaterialın məzmununu olduğu kimi təqdim edir:
Sual: Onlayn media subyekti özünün veb-saytında hansı məlumatları göstərməlidir?
Cavab: Adını, VÖEN-i, domen adının sahibini, məsul redaktorun soyadı, adı və atasının adını, onlayn media subyektinin fəaliyyət göstərdiyi ünvanı və əlaqə vasitələrini. Qeyd edək ki, bu məlumatlar veb-saytda “ƏLAQƏ” başlığı altında və istifadəçilərin ana səhifədən birbaşa daxil ola biləcəkləri şəkildə göstərilməlidir. (“Media haqqında” Qanunun 60.2-ci və 60.3-cü maddəsi)
Sual: Onlayn media subyektinin özü tərəfindən istehsal olunan kütləvi informasiyanın sayına dair minimal tələb mövcuddurmu?
Cavab: Hər ay 20 gün ərzində gündəlik olaraq öz məhsulu olan azı 20 kütləvi informasiya dərc etməlidir. Bu say hesablanarkən dövlət orqanları (Qurumları) tərəfindən yayılan rəsmi məlumatlar (press-relizlər) və informasiya agentliklərinin informasiyası nəzərə alınmır. (“Media haqqında” Qanunun 60.5-ci maddəsi)
Sual: Mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya və jurnalist hansı hallarda məsuliyyət daşımır?
Cavab: Həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa, həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa, həmin məlumat Milli Məclisin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müəssisə, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə (“Media haqqında” Qanunun 77.2-ci maddəsi), həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə.
Xəbər lenti
Hamısına baxDünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19

