Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Keçmiş məcburi köçkün: Qürur hissi ilə övladlarımızla birlikdə rayonumuza qayıdırıq

Keçmiş məcburi köçkün: Qürur hissi ilə övladlarımızla birlikdə rayonumuza qayıdırıq

25.05.2026 [07:46]

Təəssüratlarımızı bölüşməkdə çətinlik çəkirik. Çünki biz doğma vətənimizə, öz torpağımıza qayıdırıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən keçmiş məcburi köçkün Şəlalə Quliyeva söyləyib.

Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə və doğma yurdlarına qayıtmalarına göstərilən imkana görə Prezidentə təşəkkür edib.

"Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Məhz onların qəhrəmanlığı və qanı bahasına bu torpaqlara yenidən qovuşuruq.

Biz uşaq yaşlarımızda buradan köçmüşdük. Sonra başqa yerdə böyüdük, yaşadıq, ailə qurduq. Bu gün isə böyük qürur hissi keçiririk ki, övladlarımızla birlikdə öz rayonumuza, öz vətənimizə qayıdırıq", - deyə o əlavə edib.

Paylaş:
Baxılıb: 421 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31