Azərbaycanda Türkiyənin Beynəlxalq Maarif Məktəbləri fəaliyyətə başlayacaq
29.08.2022 [11:33]
Yeni tədris ilindən etibarən Azərbaycanda Türkiyənin Beynəlxalq Maarif Məktəbləri fəaliyyətə başlayacaq.
APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Beynəlxalq Maarif Məktəblərinin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə deyib.
O bildirib ki, bunu Azərbaycanın insan kapitalına investisiya kimi görürlər:
"Açılış mərasimi yaxın günlərdə elm və təhsil naziri Emin Əmrullayev və Türkiyədən gələn qonaqların iştirakı ilə gerçəkləşdiriləcək. 9000 kv. metrlik geniş yaşıllıq sahəni əhatə edən təhsil müəssisəsi, iki mühafizə, bir inzibati və dörd tədris binasından ibarətdir. Müəssisədə 300-350 şagirdin təhsil alması nəzərdə tutulub. Artıq şagirdlərin qeydiyyat prosesinə başlanılıb. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub".
Səfir qeyd edib ki, Beynəlxalq Maarif Məktəbləri təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək:
"Məktəbdə STEAM, robotik kodlama, kompyuter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir. Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində, Türk , ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. “Azərbaycan Beynəlxalq Maarif Məktəbləri”ndə (ABMM) dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək.
Təhsil müəssisəsində Azərbaycan, xarici və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar da təşkil olunur. Belə ki, IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab olunur. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur".
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin beynəlxalq təhsilə açılan pəncərəsi olan Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 təhsil müəssisəsi fəaliyyət göstərir və 50 minə yaxın şagird təhsil alır.
Xəbər lenti
Hamısına baxDünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19

