Son 4 ilin ən qızmar günləri gəlir
19.07.2022 [10:41]
Xəbərdarlıq: Anomal istilər olacaq
MÜŞFİQƏ
Son zamanlar dünyanın əksər ölkələrində, eləcə də ölkəmizdə şiddətli istilər müşahidə edilir. Getdikcə intensiv xarakter alan vəziyyət özü ilə birlikdə fəlakətləri də gətirir. Hava temperaturunun kəskin artması Avropanın əksər ölkələrində ciddi fəsadlar törədib, hətta insan ölümünə səbəb olub. Bir sözlə, anomal istilər həyatı iflic edib.
İspaniyada son 40 ilin ən yüksək isti hava dalğası hökm sürür. III Karlos İnstitutunun yaydığı məlumata görə, İspaniyada ötən həftə isti hava 360 nəfərin həyatına son qoyub. Qeyd olunur ki, cümə günü temperatur 45 dərəcə Selsini keçdiyi üçün 123 nəfər dünyasını dəyişib. Əlverişsiz havaya görə ölənlərin əksəriyyəti yaşlı və xəstələrdir. Bəzi ərazilərində temperatur 45 dərəcə Selsini keçən Portuqaliyada da oxşar vəziyyət hökm sürür. Bu ölkədə 238 nəfər istidən ölüb. Ölkədə isti dalğanın Sahara səhrasından daşınan qum və toz səbəbindən daha da artacağı ehtimal olunur.
İtaliyada da həddindən artıq istilər səbəbindən paytaxt Roma, eləcə də Milan və Florensiya daxil olmaqla, 10 şəhərdə “narıncı” həyəcan siqnalı verilib. Havanın temperaturunun gələn həftənin ortasında 40-42 dərəcəyə çatacağı qeyd edilib. Yüksək hava temperaturu ilə əlaqədar yanğın riskinin də yüksək olduğu bildirilib. Müşahidə edilən anomal istilər səbəbindən ölkənin ən böyük çayı olan Poda suyun səviyyəsi bəzi yerlərdə 10 faiz enib.
“Euronews” telekanalının verdiyi xəbərə görə, güclü quraqlıq səbəbindən Avropanın bir çox yerlərində meşə yanğınları öncəki illərlə müqayisədə daha tez başlayıb. Şiddətli istilərin yaxıb-yandırdığı ölkələrdən biri də Fransadır. Güclü külək və isti səbəbindən Fransada 5 gündür Bordo regionunda yanğını söndürmək mümkün olmur, 11 min insan evakuasiya edilib.
Qeyd edək ki, Avropada son temperatur rekordu 1977-ci ildə qeydə alınıb. O zaman Yunanıstanın paytaxtı Afinada havanın hərarəti müsbət 48 dərəcə təşkil edib.
Meteoroloqların proqnozlarına görə, yaxın 4 il ərzində dünyada ekstremal istilər müşahidə ediləcək.
Azərbaycanda yandırıcı istilər neçə gün davam edəcək?
Azərbaycanda da demək olar ki, vəziyyət eynidir. Ümumiyyətlə, iyul-avqust ən isti aylar hesab olunur. Bu ay ölkəmizdə anomal istilərin olacağı istisna edilmir. Ölkə ərazisində anomal istilərin müşahidə ediləcəyi proqnozlaşdırılır.
Statistik məlumatlar da onu göstərir ki, əvvəllər davamlı anomal isti günlər 1-2 gün davam edirdisə, artıq son illərdə belə günlər davamlı olaraq, 1 həftəyədək müşahidə edilir. Bu da ilbəil istiləşmə olduğunu göstərir. Məsələn, son 30 ildə ölkə ərazisində ən isti iyul ayı 2018-ci ildə müşahidə edilib. Həmin il iyulun 1-də havanın temperaturu 43 dərəcə olub. Bu ayın ilk ongünlüyündə isə cənub və cənub-qərbdən isti hava cərəyanlarının təsiri nəticəsində temperatur 40-44 dərəcəyədək yüksəlib.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev qəzetimizə açıqlamasında bildirib ki, hazırda paytaxtımızda müşahidə olunan temperatur iqlim normasından 4 dərəcə yuxarıdır. Mütəxəssis bunun iqlim dəyişikliyi ilə əlaqədar olduğunu söyləyib. Lakin yaxın 3 gün ərzində sərin hava şəraiti müşahidə olunacaq: “Artıq bir neçə gündür ki, ölkə ərazisində isti hava şəraiti müşahidə olunur. Bölgələrdə bu isti hava şəraiti yaxın iki-üç gün ərzində davam edəcək. Qərb küləyi əsəcək. Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək. Küləkli hava şəraiti ilə əlaqədar havanın temperaturu bir qədər aşağı enərək 30-35 dərəcə isti olacaq. İyulun son günləri və avqust ayında anomal istilərin olacağı istisna edilmir”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32

