Bakıda əməliyyat: 46 narkotacir həbs edildi
02.06.2022 [17:29]
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gündə
46 narkotacir tutulub, olardan 101 kiloqram narkotik maddə aşkar edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 20 gün ərzində keçirilən genişmiqyaslı əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 46 üzvü saxlanılıb.
Həmin şəxslərdən ümumilikdə 101 kiloqram narkotik vasitə və psixotrop maddə, 6604 ədəd psixotrop tərkibli həb, 500 ədəd kultivasiya edilmiş çətənə kolu, həmçinin 3 ədəd müxtəlif markalı tapança, 70 ədəd patron və patron daraqları aşkar edilib.
Daxil olmuş məlumat əsasında Xətai, Yasamal və Yardımlı rayonlarında keçirilən əməliyyatlar zamanı Ramin Mirzəyev, Məhəmməd Zərbəlizadə, Ülvü Bağırlı və Əmrah Süleymanlı tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 67 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 33 kiloqram heroin, 12 kiloqram metamfetamin, 12 kiloqram tiryək, 10 kiloqram marixuana, elektron tərəzilər və narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri aşkar edilib. Məhəmməd Zərbəlizadədən əlavə olaraq 1 ədəd tapança və patron darağı da aşkar olunaraq götürülüb.
Paytaxtın Nizami və Səbail rayonlarında keçirilən əməliyyatlar zamanı isə silahlı narkotacirlər - Fərid Abbaszadə , Təbriz Rahmanov və qardaşı Pərviz Rahmanov tutulublar. Onlardan 10 kiloqram müxtəlif xassəli narkotik vasitə, 2 ədəd tapança, patonlar, 4 ədəd qaz balonu və narkotiklərin satışından əldə olunan 24 min manat pul aşkar olunaraq götürülüb.
Adları çəkilən 7 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışı təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla yanaşı, milli genefondumuzu məhv etmək üçün əsasən gəncləri narkokuryerliyə cəlb etmək olub.
Baş İdarənin paytaxt, eləcə də Respublikanın digər bölgələrindən həyata keçirdiyi əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 39 nəfər saxlanılıb. Onlardan 24 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar və xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

