Bakı Enerji Forumu başlayıb
02.06.2022 [10:18]
İyunun 2-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir.
Tədbirdə qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.
Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxildir. Plenar iclas “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub.
Forumun proqramına aktual mövzular da daxil edilib. Bunlar qlobal enerji perspektivləri, xalis sıfıra aparan yol, enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensiali, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarin xəritəsi, ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi: yeni yanaşma və yeni texnologiyalar, neft-kimya kompleksinin inkişaf perspektivləri: cari və gələcək layihələr, xüsusi sessiya: “Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi” Dünya Bankının təşəbbüsü ilə Bakı Enerji Forumunun çərçivəsində keçiriləcək.
Forum çərçivəsində Аzərbaycan Dövlət Neft və Sənaye Universiteti və "BP Eksploreyşn Limited" şirkəti arasında bərpaolunan enerji mənbələri üzrə ali təhsil proqramının həyata keçirilməsi ilə bağlı çərçivə sazişinin və bir sıra ikitərəfli sazişlərin də imzalanması nəzərdə tutulub.
Tədbirin məruzəçiləri arasında Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirləri, Moldova və Serbiyanın baş nazir müavinləri, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF), Türkiyənin energetika nazirinin müavini; ABŞ-nın enerji ehtiyatları bürosunun və Avropa komissiyasının nümayəndələri, SOCAR, BP, TPAO, "Equinor", "Uniper", "Tenaris", "TotalEnergies", "Masdar", "ACWA Power" və digər enerji sektorunun şirkət rəhbərləri yer alıb.
Həmçinin yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçiriləcək.
Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradacaq.
Qeyd edək ki, forumun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək.
Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə həyata keçirilir.
Səfər sessiyası “Qarabağ regionunda yaşıl enerjinin potensialı və imkanları” mövzusuna həsr olunub. Çıxış edənlər arasında SOCAR, BP, "Masdar", "ACWA Power", "TotalEnergies" kimi şirkətlərin nümayəndələri var.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

