Ağdamda Türk dünyasının gənc şairləri bir araya gəlib
17.07.2026 [18:50]
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində İyulun 17-də Ağdam Muğam Mərkəzində TÜRKSOY-un tərəfdaşlığı ilə “Sözün sabahı - Türk dünyasının gənc şairlər festivalı” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Vaqif Poeziya Günlərinin Azərbaycan mədəniyyətinin zəngin tarixinə malik mühüm ədəbi-mədəni hadisələrdən biri olduğunu qeyd edib.
“İşğaldan azad olunan ərazilərdə hazırda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri milli mədəniyyətimizin dirçəlişini bütün dünyaya aydın şəkildə nümayiş etdirir. Beş il əvvəl doğma Şuşada yenidən bərpa olunan bu poeziya bayramı ildən-ilə daha da genişlənir və əhatə dairəsini artırır”,- deyə F.Cəfərov əlavə edib.
TÜRKSOY-un Baş katibi Sultan Raev ortaq mədəniyyətin türk xalqlarını eyni dəyərlər ətrafında sıx şəkildə bir araya gətirdiyini deyib: “Xalqları bir-birinə bağlayan ən böyük qüvvə mədəniyyət, Türk dünyasını birləşdirən ən güclü körpülərdən biri isə ədəbiyyatdır. Bu cür tədbirlər Türk dünyasının ortaq tarixinə, mədəniyyətinə və gələcəyinə olan inamı daha da gücləndirir. Festivalın hər il Türk dünyasının fərqli şəhərlərində təşkil olunaraq gözəl ənənəyə çevrilməsini arzu edirik”.
Azərbaycan Yazıçılar Birliyinin katibi (AYB) Səlim Babullaoğlu bildirib ki, bu gün Şuşada, Ağdamda yenidən musiqi səslənir, şeirlər oxunur və şəhər öz əsl mədəni ruhuna qovuşub. Belə əhəmiyyətli ədəbi-mədəni tədbirlərin Qarabağda keçirilməsi böyük sevinc hissi doğurur.
Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan və Türkiyə Yazıçılar Birliyinin sədri Muhammed Enes Kala çıxışlarında Şuşanın Türk dünyasının ən mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, poeziya türk xalqlarının ortaq mənəvi irsidir. Qeyd olunub ki, Bəxtiyar Vahabzadə, Hüseyn Cavid və digər görkəmli türk şairlərinin irsi gənc qələm sahibləri üçün örnək olmalı, onlar bu irsi öyrənərək dünyaya tanıtmağın yollarını axtarmalıdırlar.
Daha sonra Türk dünyasının gənc şairlərinin şeir nömrələri dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

