XİN: Azərbaycan 5 baza prinsipini Ermənistana rəsmən təqdim edib, cavab gözləyirik
30.03.2022 [13:27]
Azərbaycan Respublikası ötən il sentyabr ayında BMT-nin İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiya əsasında Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində dövlətlərarası iddia qaldırıb.
APA xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Qubada YAP-ın təşkilatçılığı ilə “Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, dekabr ayında məhkəmə Ermənistana qarşı müvəqqəti tədbirlər elan edib: “Azərbaycan tərəfindən verilən təcili vəsatət əsasında 15 hakim tərəfindən yekdilliklə qəbul edilib və Ermənistana öz ərazisində Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı nifrət nitqi zəminində irqi ədavətin qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsi tapşırılıb. Məhkəmənin bu qərarının qəbul edilməsinə əsas Ermənistanda Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı nifrət nitqi edən etnik milliyyətçi olan “VOMA” kimi hərbiləşdirilmiş qurumların məsuliyyətə cəlb edilməməsi, əksinə onların fəaliyyətinin Ermənistan hökuməti tərəfindən təşviq edilməsi, təşkilat fəallarının dövlət tərəfindən mükafatlandırılması isə məhkəməyə təqdim etdiyimiz dəlil və sübutlar olub”.
Nazir müavini xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana hərtərəfli sülh müqaviləsinin imzalanmasını təklif edib: “Bir müddət öncə Xarici İşlər Nazirliyi bu müqavilənin əsasını təşkil edəcək 5 baza prinsipini Ermənistan tərəfinə rəsmən təqdim edib. Azərbaycan hökuməti bölgədə davamlı sülhün və əmin-amanlığın təmin olunması məqsədilə Ermənistan tərəfinə bu prinsiplər əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib və qarşı tərəfdən bir müddətdir ki, məzmunlu cavab gözləyir. Hesab edirik ki, tarixi cinayətlərə hüquqi və siyasi qiymətin verilməsi ilə yanaşı, bölgədə davamlı sülh və sabitliyin bərqərar olunması məqsədilə Ermənistan Azərbaycana və azərbaycanlılara qarşı 100 ildən artıq bir müddət ərzində apardığı millətçi ideologiyaya əsaslanan siyasətdən nəhayət əl çəkməli, öz cəmiyyətində azərbaycanlıları hədəfə alan nifrət nitqini, aqressiv, zorakı, revanşist çağırışların qarşısını almalı, Azərbaycanın irəli sürdüyü beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan mövqeyini qəbul etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09

