Rusiya taxılını da, şəkərini də satmayacaq...
18.03.2022 [10:32]
Ərzaq qıtlığı, qiymət artımı gözlənilirmi?
Nicat DİLQƏMLİ
Dünyada baş verən proseslər bir çox ölkələrin iqtisadiyyatına öz təsirini göstərməkdədir. Yeri gəlmişkən, ötən gün Fed-in faiz dərəcəsinin 0,25 bənd artıraraq 0 - 0,25% aralığından 0,25% - 0,50% aralığına qaldırması nəticədə ABŞ milli valyutasının bahalaşmasına səbəb olacaq. Bundan başqa, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda dünya ölkələrinin bazarlarında qiymət artımının olacağı da istisna edilmir. Eyni zamanda, bir neçə gündür daha çox müzakirə edilən mövzulardan biri də Rusiyanın taxıl və şəkərin ixracına qadağa qoyması ilə bağlıdır. Belə ki, Azərbaycan da taxılın çox hissəsini (40 faizi), müəyyən miqdarda da şəkəri məhz bu ölkədən idxal edir.
Yuxarıda qeyd olunanlar ölkəmizdə də qiymət artımına səbəb olacaqmı? Hadisələrin gedişatı nə deyir?
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı, Vüqar Bayramov dünya və region bazarlarında qiymət artımlarının sürətlənməsi Azərbaycanın istehlak bazarında idxal inflyasiyasının artmasına gətirib çıxaracağı qənaətindədir: “Rusiya-Ukrayna müharibəsi bütövlükdə region və dünya bazarında ərzaq məhsullarının qiymətinin artmasına gətirib çıxaracaq. BMT-nin də hesablamalarına görə, ərzaq məhsullarının qiyməti növündən asılı olaraq 8%-dən 22%-ə qədər yüksələcək. Hətta bəzi ərzaq məhsulları üçün qiymətlərin daha çox artacağı proqnozlaşdırılır. O baxımdan, dünya bazarında qiymət artımlarının ilin sonunadək davam edəcəyi gözlənilir. Təbii ki, bu həm də Azərbaycan üçün idxal inflyasiyası formalaşdıra bilər. İdxal inflyasiyasının Azərbaycan istehlak bazarına təsir edəcəyi gözləniləndir. Çünki Azərbaycan da bir sıra ərzaq məhsullarını digər ölkələrdən alır. Amma təbii ki, hökumət hələ öncədən preventiv tədbirlər ilə xarici bazarlarda baş verən qiymət artımlarının daxili bazara təsirlərini minimallaşdırmağa çalışır. Bununla bağlı cənab Prezident tərəfindən xüsusi göstərişlər var. Eyni zamanda, Nazirlər Kabineti də antiinflyasiya tədbirləri hazırlayır və təsdiq edib. Amma dünya və region bazarlarında qiymət artımları sürətlənir, bu da Azərbaycan istehlak bazarında idxal inflyasiyasının artmasına gətirib çıxaracaq”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20

