Tibbi xidmət göstərilən şəhid ailələri və müharibə veteranlarının sayı açıqlanıb
03.03.2022 [11:09]
2021-ci ildə Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə 120 mindən çox tibbi xidmət göstərilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş, habelə YAŞAT Fondu tərəfindən Agentliyə yönləndirilmiş müraciətlərə əsasən 2021-ci il ərzində İkinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə 124 055 tibbi xidmət göstərilib.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 108 607-si ambulator, 15 448-i isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış 8 544 şəxsin 7 685 nəfəri müharibə iştirakçısı, 859 nəfəri isə şəhid ailəsi üzvü olub.
İkinci Qarabağ müharibəsi iştirakçıları tərəfindən edilən müraciətlər əsasən partlayış və ya qəlpələrin səbəb olduğu zədələr (2 730), cərrahi sarğılara və tikişlərə qulluq (1 843), ümumi tibbi baxış (1 789), odlu silah və digər silah növləri tərəfindən törədilmiş yaralar (1 188) və cərrahi müdaxilədən sonrakı vəziyyətlər (1 136) ilə bağlı olub.
Şəhid ailəsi üzvlərinin narahatlığı isə daha çox stenokardiya - ürəyin işemik xəstəliyi (796), essensial hipertenziya - yüksək qan təzyiqi xəstəliyi (463), xroniki posttravmatik baş ağrısı (411), ümumi tibbi baxış (197) və xroniki böyrək xəstəliyi (191) ilə əlaqədar olub.
Ötən il ərzində icbari tibbi sığorta vasitəsilə 290 nəfər müharibə iştirakçısı, 62 nəfər şəhid ailəsi üzvünün müraciəti əsasında 490 cərrahi əməliyyat icra olunub. Ümumilikdə 352 pasiyent üzərində icra olunan əməliyyatlar arasında partlayış və ya qəlpələrin səbəb olduğu zədələr (31), cərrahi müdaxilədən sonrakı vəziyyətlər (29), baş və boynun ikinci dərəcəli termiki yanığı (18), qasıq yırtığı (12) və qamış sümüyü cisminin sınığı (11) üzrə cərrahi xidmətlər üstünlük təşkil edib.
Agentlik İkinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətinin operativ qaydada cavablandırılması, şikayətinin araşdırılması kimi məsələlərə həssaslıqla yanaşır. Qeyd olunan şəxslərin ixtisaslı həkim müayinəsi, təkrar müayinə, kliniki laborator və instrumental diaqnostik müayinələrdən keçməsi, habelə dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərdən müqaviləli tibb müəssisələrində yararlanmaları üçün Agentlik tərəfindən bütün zəruri addımlar atılır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Agentlik tərəfindən mühüm tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45

