/ / İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qaçqınlarla bağlı işlərə dair qərarlar toplusu hazırlanıb
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qaçqınlarla bağlı işlərə dair qərarlar toplusu hazırlanıb
18.01.2022 [13:17]
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə tərcümə və nəşr edilmiş “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərlə bağlı İşlərə dair Qərarlarının toplusu” adlı kitabın təqdimat mərasimi keçirlib.
Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyası İttifaqı və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən nəşr olunan toplu əsasən hakimlər, vəkillər və hüquqşünasların istifadəsi üçün nəzərdə tutulub. Kiçik tirajla (ilkin olaraq 1000 ədəd) nəşr edilmiş və ödənişsiz yayılması planlaşdırılan vəsaitdən, hüquq-mühafizə orqanları əməkdaşları, tələbələr və qeyri-hökumət təşkilatlarının nümayəndələri də faydalana biləcəklər.
Tədbirin moderatoru, Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvü, Mediaisya Şurasının İdarə Heyətinin Sədri Nadir Adilov tədbir iştirakçılarını salamlayaraq, vəsaitin ərsəyə gəlməsində töhfəsi olan bütün qurumlara təşəkkürünü bildirib.
Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı islahatlar sistemində İnsan hüquqlarının müdafiəsi məsələləri mühüm yer tutur və hər zaman İnsan hüquqlarının müdafiə məsələləri diqqət mərkəzindədir.
Tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəsi Guido Ambroso deyib ki, BMT-nin Qaçqın Agentliyi 1992-ci ildən Azərbaycanda qaçqınların, sığınacaq axtaranların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq standartlara uyğun müdafiəsi və onlara yardım göstərilməsi sahəsində Azərbaycan hökumətinə və müvafiq qurumlarına dəstək göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaran şəxslər və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarları beynəlxalq standartların mühüm hissəsidir və biz ümid edirik ki, Avropa Məhkəməsi qərarlarının toplu nəşri Azərbaycan hakimlərinə və məhkəmələrinə beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərə sığınacaq verilməsi, vətəndaşlığı olmayan və ya vətəndaşsızlıq riski altında olan şəxslər üçün sənədlərin və vətəndaşlığın verilməsi ilə bağlı düzgün qərarlar qəbul etməyə kömək edəcək.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov bildirib ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyatının bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar öz müsbət nəticələrini göstərməkdədir. Azərbaycanda inzibati məhkəmələrin yaradılması, prosessual qanunvericiliyə mütərəqqi müddəaların daxil edilməsi, məhkəmələrin aparatlarının təkmilləşdirilməsi də müsbət dəyişiklikləri daha sürətləndirir. Məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının daha geniş şəkildə tətbiqi ölkə ərazisində insan hüquqlarının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi,məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edəcəkdir.
Öz növbəsində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək Azərbaycanda aparılan məhkəmə hüquq islahatlarına toxunaraq qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri cənab Quido Ambrosoya minnətdarlığını bildirib. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslər ilə bağlı İşlərə dair Qərarlarının toplusu”nun ərsəyə gəlməsində, onun tərcümə edilərək nəşr olunmasında Ali Komissarlığın ölkə üzrə Nümayəndəliyinin, həmçinin Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının və Avrasiya Hüquqşünaslar Assosiasiyasının xidmətlərini qeyd edib.
Belə bir mühüm nəşrin işıq üzü görməsi insan hüquqlarının təbliği, Avropa Məhkəməsinin qərarlarının və presedentlərinin öyrənilməsi və səmərəli tətbiqi baxımından hüquqşünaslarımız üçün önəmli əyani və metodiki vəsat olduğu söylənilib: “30 il Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin hüquqları pozulub. Qürur və iftixar hissi ilə bildirməliyəm ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilib. Düşünürəm ki, soydaşlarımızın pozulmuş hüquqlarının bərpası ilə bağlı mexanizmlərin həyata keçirilməsində nümayiş etdirilən toplu da önəmli mənbə ola bilər. Tədris prosesinin səmərəsinin artırılması, təlimlərin, xaricdə treninqlərin, hüquqşünaslar üçün bu cür mühüm vəsaitlərin nəşrinin və yayılmasının təşkili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Ədliyyə Nazirliyi insan hüquqları sahəsində maarifləndirmə və tədris tədbirlərinə daim xüsusi önəm verir”.
Vurğulanıb ki, ölkədə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi işində insan hüquqlarının müdafiəsinin iştirakçıları olan hakimləri və vəkilləri, eləcə də digər hüquqşünasları əhatə edən geniş dinləyici spektrinə malik olan Ədliyyə Akademiyasının imkanlarından maksimal dərəcədə istifadə edilir.
Eyni zamanda, Ədliyyə Akademiyası tərəfindən hakimlərin, vəkillərin, mediatorların və digər hüquqşünasların ilkin hazırlıq və uzunmüddətli tədris kursların proqramlarına insan hüquqları, Avropa Məhkəməsinin presedentləri və digər bu kimi mövzular daxil edilərək tədris olunmaqdadır.
Bundan əlavə, ölkəmiz üçün yeni institut olan mediasiya sahəsində təlimlərin və maairfləndirmə tədbirinin təşviqi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir: “Ədliyyə Akademiyası həm də mediasiya təlimi qurumu olaraq Mediasiya Şurası ilə sıx əməkdaşlıqda mediatorların hazırlanmasında yaxından iştirak edir, aktual mövzularda təlimlər, praktiki məşğələlər təşkil olunur. Həmçinin vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə keçirilən mütəmadi seminarlar, Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla ölkənin yüksək məhkəmələri tərəfindən həyata keçirilən milli məhkəmə təcrübəsinin təhlili, presedentlərin tətbiqində çətinlik çəkən hakimlər üçün məqsədli-təlimlər öz nəticələrini verir”.
Qeyd olunub ki, nəşr olunmuş hazırkı nəşr məhz səmərəli əməkdaşlığının təzahürü olmaqla, eyni zamanda, insan hüquqlarının tədrisi və maarifləndirmə tədbirlərinə dəyərli töhfədir və toplu hüquq ictimaiyyəti üçün faydalı vəsait və mənbə olaraq böyük maraq doğuracaqdır.
Azərbaycan Respublikasının Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Sədri Ələddin Cəfərov çıxış edərək bildirib ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərlə bağlı İşlərə dair Qərarlarının toplusu” adlı kitab analogiyaların öyrənilməsi, president hüquq üzrə müxtəlif mənbələrin araşdırlması və nəzərdən keçirilməsi hakimliyə namizədlərin, eyni zamanda, hakimlərin qeyd edilən sahə üzrə mövqelərinin formalaşmasına mühüm təsir edir. Bu səbəbdən də hesab edirik ki, bu gün təqdimat mərasimi keçirilən toplu tərəfimizdən hakimlər, hakimiyə namizədlər arasında ödənişsiz olaraq yayılacaqdır.
Müsfiqə Bayramlı
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

