II Qarabağ İqtisadi Forumu keçiriləcək
15.01.2022 [14:29]
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi 2022-ci ildə II Qarabağ İqtisadi Forumunu keçirəcək.
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnar Məmmədlinin verdiyi məlumata görə bu barədə İB-in İdarə heyətinin yığıncağında qərar qəbul edilib. İB-nin sədri Xəyyam Əsgərov toplantıda çıxış edərək bildirib ki, ötən il keçirilmiş I Qarabağ İqtisadi Forumu həm ölkəmizdə, eyni zamanda xaricdə, o cümlədən də KİV-də böyük maraqla qarşılanıb. Forum haqqında yerli və xarici mediada maraqlı və məzmunlu məqalələr dərc olunub, reportajlar hazırlanıb, sosial şəbəkələrdə geniş müzakirələr aparılıb. Yazılarda ilk dəfə keçirilmiş bu forumda işğaldan azad edilmiş torpaqlarımızda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, çiçəklənən diyara çevrilməsi istiqamətində dövlətimizin gördüyü işlər və gələcək planlar haqqında səmərəli müzakirələrin aparılması, mühüm təkliflər irəli sürülməsi yüksək qiymətləndirilib. Bütün bu faktlar cari ildə də II Qarabağ İqtisadi Forumunun keçirilməsini zəruri edir. Həm də nəzərə almaq lazımdır ki, ötən müddət ərzində azad edilmiş ərazilərdə miqyası böyük olan işlər görülüb, ciddi layihələr həyata keçirilib. Forumun tarixi, təşkilati işləri, müzakirə olunacaq məsələlər haqqında rəy və təkliflər növbəti yığıncaqlarda diqqətdən keçiriləcək və bu barədə ictiamaiyyətə əlavə məlumat veriləcək.
Qeyd olunub ki, “İMZA”-nın xüsusi ilə də sosial şəbəkələrdəki fəaliyyəti ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Bu gün “İMZA” sosial şəbəkələrdə sayı milyonlarla ölçülən statistikaya malikdir. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın dövlətimizin və millətimizin ali mənafeləri naminə gördükləri işlərin, fəaliyyətlərinin, dövlət tədbirlərinin, ictimai-siyasi, o cümlədən də sosial-iqtisadi həyatın bütün vacib məsələlərinin həm səhifələrimizdə, həm də “imzainfo.az” protalımızda yüksək səviyyədə, peşəkarlıqla və operativ qaydada işıqlandırılması izləyicilərimiz tərəfindən böyük maraqla qarşılanır.
Ötən il “İMZA”-nın təşəbbüsü ilə dövlətimiz üçün mühüm günlər, Ulu Öndərimiz Heydər Əliyevin anım günü, 20 yanvar, Xocalı soyqırımı, Novruz bayramı, və sairə ilə bağlı müxtəlif səpkili tədbirlər, görüşlər, yığıncaqlar keçirilib. İMZA-çılar adından 8 noyabr qələbə günü münasibəti ilə xüsusi video-çarx hazırlanıb. Həmin video-çarxda əcnəbi ictimai-siyasi xadimlər, deputatlar, diplomatlar, jurnalistlər, politoloqlar, incəsənət adamları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, xalqımıza və dövlətmizə qələbə münasibəti ilə öz təbriklərini çatdırıblar. Bununla yanaşı keçən il regionlarda şəhid və qazi ailələri ilə görüşlərdə İB fəallıq göstərib, bu cür çox mühüm və milli borc mahiyyətli, əhəmiyyətli tədbirlərdən öz dəstəyini əsirgəməyib, bu məqsədlə müxtəlif təkliflər irəli sürüb.
“İMZA” könüllüləri isə İB-nin bütün tədbirlərində böyük fəallıq göstəriblər.
İB-nin idarə heyətinin toplantısında vurğulanıb ki, “İMZA” öz xarici əlaqələrini bundan sonra da genişləndirmək niyyətindədir. Beləki, xarici ölkələrdə tədricən nümayəndələr təyin olunacaq və bu seçimlərdə əsas meyar Azərbaycan dövlətinə və millətinə bağlılıq, milli maraqlarımıza sədaqətlə xidmət etmək olacaq. İdarə heyətinin qərarı ilə ilk xarici nümayəndə qardaş Türkiyədə fəaliyyət göstərəcək. “İMZA”-nın Türkiyə nümayəndəsi yekdilliklə qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç seçilib. O, müvafiq sənədləri imzalayıb. Sədr Xəyyam Əsgərov H.Kılıça İB-nin üzvlük vəsiqəsini təqdim edib. “İMZA” rəhbəri bildirib ki, qardaş ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü günlərinə təsdüf etmiş bu təyinat həm də rəmzi məna daşıyır. Biz Türkiyəni öz dövlətimiz hesab edirik və ona görə də belə bir qərar qəbul etmişik. Hulusi Kılıç isə uzun illərdir ki, məhz bu amallara-qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsinə sədaqətlə xidmət edir. Dövlətlərimiz arasında əlaqələrin inkişafında onun müstəsna xidmətləri var. X.Əsgərov əlavə edib ki, Hulusi bəy həm də “İMZA” sədrinin İqtisadi məsələlər üzrə müşaviri vəzifəsini də yerinə yetirəcək. Sədr kollektiv adından H.Kılıça gəlcək fəaliyyətində uğurlar arzuladı. “İMZA” İB-nin Türkiyə nümayəndəsi, sədrin İqtisadi məsələlər üzrə müşaviri, fövqəladə və səlahiyyətli səfir H.Kılıç ona göstərilən bu etimada görə minnətdarlıq etdi. Bir “İMZA”-çı olaraq bundan sonra da xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfələr verəcəyini, İB-nin layihələrinin həyata keçirilməsində öz üzərinə düşən vəzifələri layiqincə həyata keçirməyə çalışacağını və bunda da ən vacib prinsip kimi qəbul etdiyi “Bir Millət, İki Dövlət” məfkurəsini əsas götürəcəyini dedi.
Sonra “İMZA” İB-nin 2022-ci il üçün nəzərdə tutulmuş digər planları, cari məsələləri müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

