Parlament Həmrəylik Günü münasibətilə müraciət qəbul etdi
31.12.2021 [00:52]
“Media haqqında” qanun III oxunuşda qəbul edildi
Günel Abbas
Milli Məclis payız sessiyasını başa vurdu
Dekabrın 30-da Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirildi. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 9 məsələ daxil idi.
Əvvəlcə Milli Məclisdə dünya azərbaycanlılarına müraciətlə əlaqədar redaksiya komissiyası yaradıldı. Ümumilikdə, 7 nəfərin daxil olduğu komissiyaya Fəzail İbrahimli sədrlik etdi.
Gündəlikdə yer alan məsələlərin müzakirəsinə keçməzdən öncə cari məsələlər haqda danışdılar.
Deputatlar Hikmət Məmmədov, Fazil Mustafa, Zahid Oruc, Məlahət İbrahimqızı, Razi Nurullayev, Aydın Hüseynov, Nurlan Həsənov, Naqif Həmzəyev, Emin Hacıyev, Cavid Osmanov ölkəmizin il ərzində əldə etdiyi uğurları diqqətə çatdıraraq 2021-ci ilin Azərbaycan üçün nə qədər düşərli olduğunu diqqətə çatdırdılar. Həmçinin dünya azərbaycanlılarını həmrəylik günü münasibətilə təbrik etdilər.
Deputat Fazil Mustafa tıxaclarla bağlı iradını bildirdi: “Bakıda hər gün 1 milyona yaxın insan, o cümlədən deputatlar 2-3 saat tıxacda qalırlar. Bu, doğru idarəetmənin olmamasından qaynaqlanır. Aidiyyəti qurumlar bu məsələnin gələn il həlli ilə bağlı ictimaiyyətə söz verməlidir. Bu gün Bakıda parklanma sistemi həll olunmayıb. Bir məmurun iş saatı 9-da başlayırsa, o saat 7-dən evdən çıxır. Biz 2022-ci ili Bakı şəhərinin xilas ili kimi qiymətləndirməliyik. Bu problemin həlli ilə bağlı yol xəritəsi təqdim olunmalıdır”.
Sonra Qənirə Paşayeva İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsini təqdim etdi.
Deputatlar Fazil Mustafa, Etibar Əliyev, Siyavuş Novruzov, Sahib Alıyev, Hikmət Məmmədov və Fəzail Ağamalı ictimai televiziya yayımının bugünkü vəziyyətini qiymətləndirdilər və qərar layihəsini dəstəklədiklərini bildirdilər. Qərar layihəsi səsvermə əsasında ilk oxunuşda qəbul edildi.
Növbəti olaraq “Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə, “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələri səsvermə əsasında qəbul edildi.
Sonra “Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda qəbul edildi.
Ardınca Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihələri ilk oxunuşda qəbul edildi.
Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi təqdim edildi.
Müraciətin mətnini Milli Məclisin deputatı Könül Nurullayeva oxudu: “Xalqımız 30 il ərzində Qarabağın işğaldan azad ediləcəyinin həsrəti ilə yaşayıb. Artıq Qarabağ düşməndən azad edilib. Xalqımızın arzusu gerçəkləşib. Bu zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevlə bərabər, Azərbaycan Ordusu və dünya azərbaycanlıları birləşərək əldə edib. Azərbaycan dünyanın inkişaf etmiş sıralarında daim irəliləməsi birliyimizdən çox asılıdır. Dəyərli soydaşlarımız, sizi sıx birliyə, xalqımızın mənafeyinin qorunmasına çağırırıq”, - müraciətdə deyilir.
Ardınca Sahibə Qafarova Milli Məclisin illik hesabatını təqdim etdi.
Spiker qeyd etdi ki, Milli Məclisin 2021-ci il payız sessiyasında 16 plenar iclas keçirilmişdir, 91 qanun və 11 qərar, o cümlədən 1 Konstitusiya qanunu qəbul olunmuş, 71 qanunda dəyişiklik edilmişdir. Ümumilikdə, 2021-ci ildə 38 plenar iclas keçirilmişdir, 189 qanun və 33 qərar, o cümlədən 2 Konstitusiya qanunu qəbul olunmuş, 154 qanunda dəyişiklik edilmişdir.
“Bu qanun və qərarların arasında mən yeni qəbul edilən “Müstəqillik günü haqqında” Qanunu, “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarını, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, “Turizm haqqında” qanunları, bu gün qəbul etdiyimiz “Media haqqında” qanunu, 22 qanundan ibarət dövlət büdcəsi zərfini xüsusi qeyd etmək istərdim. Onu da bildirim ki, dövlət büdcəsi zərfinə daxil olan həmin 22 qanunun əksəriyyəti sosial məsələlərlə bağlı qanunlar olmuşdur.
Milli Məclis 2021-ci ildə Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün zəruri işlər həyata keçirilmişdir”.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif etdi.
Deputatlar sədrin təklifinə dəstəklərini alqışlarla bildirdilər.
Beləliklə, Milli Məclisin payız sessiyası bağlı elan olundu və sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

