Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının nüfuz mərkəzinə çevrilir
30.11.2021 [11:10]
Əli HÜSEYNLİ
Milli Məclisin deputatı
Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısı üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməsi baxımından əhəmiyyətli siyasi hadisədir.
Hazırda 10 ölkəni birləşdirən bu təşkilat İran, Türkiyə, Pakistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Əfqanıstan, və Azərbaycanın daxil olduğu hökumətlərarası regional qurumdur. Qeyd edək ki, 1964-cü Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat, 1985-ci ildə İƏT olaraq yenidən qurulub. Azərbaycan 1992-ci ildə təşkilata üzv olub. Ulu öndər Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in daha səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə qurumun Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış edib. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb, 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir.
Zirvə Toplantısı maraqlı müzakirələr və görüntülərlə yadda qalıb. Toplantı çərçivəsində təşkilatdaxili məsələlərin müzakirəsiylə yanaşı, iştirakçı dövlətlər arasında baş tutan görüşlər də diqqət çəkib. Bu sırada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Taib Ərdoğan, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və Pakistan Prezidenti Arif-ur-Rehman Alvi ilə səmimi söhbətlərini əks etdirən görüntülər xüsusi maraq yaradıb.
Prezident İlham Əliyev Zirvə Toplantısında məruzə edib. Azərbaycanın İƏT-in fəal üzvü olması, beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurması vurğulanıb. Soçi görüşündən sonra Prezident İlham Əliyev İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini bəyan edib. Bu yeni nəqliyyat infrastrukturunun Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyi, İƏT-ə üzv ölkələrin də bu dəhlizdən böyük fayda götürəcəyi barədə əminliyini ifadə edib. O, vurğulayıb ki, “Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq”.
Aşqabaddakı sammit çərçivəsində ölkəmizin başçısının İranin yeni seçilmiş ali siyasi rəhbəri ilə əlahiddə görüşü xüsusilə önəm kəsb edir. Belə ki, ikitərəfli görüş zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb. Prezident Seyid İbrahim Rəisi İƏT dövlət başçılarının Sammitində Prezident İlham Əliyevlə görüşündən məmnun qaldığını dilə gətirib: “İƏT-ə üzv ölkələrin dövlət başçılarının Sammiti bizim üçün çox yaxşı bir fürsət oldu ki, Sizinlə də görüş imkanı yarandı”.
Sammitin sonunda “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə qəbul edilmişdir. Digər məsələlərlə yanaşı, sənəd Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları ehtiva edir. O cümlədən, sənədin mətnində Azərbaycanın ötən il qazandığı qələbə münasibətilə təbrik yer alıb. Sənddə deyilir: “... İşğal olunmuş ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycan Respublikası Hökumətini və Xalqını təbrik edərək və bunun mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanaraq, üzv dövlətləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə və yenidənqurma işlərinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırırıq...”.
Bu tərtibat xüsusilə onunla diqqətəlayiqdir ki, sənədi imzalayanlar arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 3 üzvü var: Qazaxıstan, Qırğızıstan və Tacikistan. Bu dövlətlərin həm də KTMT-nin üzvü olan Ermənistanın deyil, Azərbaycanın mövqeyini dəstəkləməsi onu göstərir ki, ədalət və rəğbət rəsmi Bakının tərəfindədir və hətta rəsmi Yerevanın Avrasiya inteqrasiya ölkələri sırasındakı nominal tərəfdaşları bunu açıq şəkildə etiraf edirlər. Çünki onlar Bakı ilə sıx əlaqələrin daha böyük dəyərini qəbul edirlər. Bu fakt eyni dərəcədə Azərbaycanın düzgün və uğurlu xarici siyasətinin nəticəsidir.
Onu da qeyd edək ki, İƏT çərçivəsində qəbul edilən hesabatlarda “dəhliz” anlayışı “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənədlər” kontekstində öz əksini tapıb. Bu, belə bir əminlik yaradır ki, yaxın gələcəkdə Avrasiya regionunda “Zəngəzur dəhlizi” termininin qəbuluna nail olmaq və əsas regional oyunçuların diqqətini bu nəqliyyat arteriyasına cəlb etmək mümkün olacaqdır. Başqa sözlə, 44 günlük Vətən müharibəsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinə son qoyulduqdan sonra Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqlar fonunda regionun düzəninin və dünyanın gündəminin yeniləşməsinə yeni bir töhfə olan Aşqabad sammiti növbəti mərhələdə İqtisadi Əməkdaşlıq Təşkilatının bu istiqamətdə ortaya qoyacağı fəaliyyətin səmərəsini əhəmiyyətli dərəcədə artıracaqdır.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

