Azadlığın beşinci baharı: Ağdamın dirçəliş salnaməsi
20.11.2025 [11:19]
Ağdamın işğaldan azad edilməsindən düz beş il ötür. Ötən beş il tarixin sonsuz axarında göz qırpımı qədər qısa, fəqət bu torpağın övladları üçün bütöv bir ömrün ən vacib, ən dolğun fəsli qədər mənalıdır.
Hələ Ağdamda yaşamasam da, Xankəndi şəhərində Qarabağ Universitetində fəaliyyət göstərərək nəhəng tarixi proseslərin birbaşa şahidi olmaqdan qürur duyuram. Ancaq qürurumun ən böyük mənbəyi xəyallar şəhərindən reallıqlar şəhərinə dönən Ağdamdır.
Ağdamın hər gün yenidən doğulduğunu görmək, deyərdim ki, bizim üçün yaşaya biləcəyimiz ən böyük xoşbəxtlikdir. Neçə illər əvvəl bu torpaqlara ayaq basanlar yalnız ürəkdağlayan xarabalıqları görürdü. Ancaq bu gün bütün dünya Qarabağ torpaqlarındakı canlanmanın adi bir tikinti prosesindən ziyadə, əsl möcüzə olduğunu anlayır. Əvvəllər ruhu çəkilmiş, viranəlik olan yerlərdə indi geniş küçələr salınır, təhsil ocaqları tikilir, gur işıqlar yanır. Ən əsası, həyat öz kökünü dərindən hiss edərək geri qayıdır. Bu gün Ağdam yenidən nəfəsi, qanı, döyünən ürəyi olan canlı bir şəhərə çevrilməkdədir.
Gələcəyin Ağdamı
Bu möhtəşəm dirçəliş prosesinin təməlində ölkə Prezidentinin "Ağdam Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevriləcək" vədi dayanır. Bu fikir təkcə bərpa işlərinin miqyasını deyil, həm də dövlətin bu bölgəyə verdiyi strateji əhəmiyyəti ifadə edir. Prezidentin bu iddialı vizyonu Ağdamın sadəcə bərpasını deyil, eyni zamanda müasir, ağıllı və yaşayış keyfiyyəti yüksək olan bir regional mərkəzə çevrilməsini hədəfləyir. Bu, dağıdılmış bir şəhərin "sıfırdan" başlanaraq gələcəyin çağırışlarına cavab verəcək şəkildə qurulması deməkdir. Bütün proseslərin nəticəsi Ağdamı gələcək nəsillər üçün yalnız bir qələbə simvolu deyil, həm də inkişaf və tərəqqi nümunəsi edəcək.
Qayıdış yolu
Bərpa salnaməsinin ən vacib səhifələrindən biri də Bakı-Ağdam dəmir yolu xəttinin istifadəyə verilməsi xəbəridir (30 avqust 2025-ci il). Bizi Ağdama aparan dəmiryol xəttləri sadəcə iki coğrafi nöqtəni birləşdirən metal izlər deyil, həm də, illərlə ayrı düşmüş xatirələri, yurd həsrətini və gələcəyə olan inamı birləşdirən bir damardır. Vaqonların Ağdama doğru irəliləyən səsi, illərin sükutunu yaran, qəlblərə ümid daşıyan bir nəğmədir. Hər bir fit səsi əslində “Qayıdırıq!” deyə car çəkən, Qarabağın nəbzini Azərbaycanın mərkəzi ilə döyündürən tarixi bir hadisədir. Dəmir yolu xətti bərpa və dirçəlişin iqtisadi simvolu olaraq gələcəyin işıqlı Ağdamına atılan inamlı addımın ən möhtəşəm nümunəsidir.
Ağdamın səsi
Bu günlərdə təqvimimiz Ağdamın dahi sənətkarının, Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Qədir Rüstəmovun doğum gününə (20 noyabr 1935-ci il) təsadüf edir. Qarabağın əzəl musiqi beşiyində göz açan bu sənətkarın səsi, sanki viran olmuş diyarın sinəsindən qopub gələn bir nalə idi. Qədir Rüstəmovun məlahətli avazı Ağdamın xarabalıqları üzərində uçan bir ruh idi. İndi Ağdam yenidən doğulur, yenidən nəfəs alır. Bu gün onun ifa etdiyi muğamlar Ağdam səmasında yenidən səslənir, ancaq bu dəfə abad küçələr boyu tikilmiş binalar, evlər üzərində...
Dirçəlişin gizli qəhrəmanları
Bəs bu dirçəlişin gizli qəhrəmanları kimdir? Onlar Ağdamı yenidən quran tikinti işçiləridir. O işçilər ki, səhərin ilk şəfəqi ilə Ağdama gəlir, torpağın tozuna qarışan əlləri, alın təri ilə bu şəhəri sanki yenidən yoğurub, qururlar. Üst-üstə qoyulan hər kərpicdə, salınan yolların hər santimetrində onların zəhməti, Vətənə sevgisi və böyük qüruru var. Hər dəfə onları iş başında gördükcə düşünürəm ki, onlar əslində, Ağdamın infrastrukturunu yox, itirilmiş illərini, məhv olmuş xatirələrini bərpa edirlər.
Xoşbəxtik. Ona görə ki, bu gün - azadlığının 5-ci ilində Ağdam təkcə coğrafi olaraq geri qayıtmış bir şəhər kimi xatırlanmır. O həm də işğala qarşı mübarizənin, xalqımızın əzminin və sonsuz ümidinin rəmzidir. Bu torpağa əbədi qayıdan sakinlər isə öz addımları ilə gələcəyin Ağdamını yaradırlar.
Biz Ağdamın zahirini inşa etdikcə Ağdam da bizim ruhumuzu bərpa edir!
Günel Abbas
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

