"Real iqtisadi prosesləri nəzərə alıb hərəkət etməliyik"
28.05.2024 [10:55]
Müsahibimiz Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və sənaye" fakültəsinin dekanı, iqtisadi elmlər namizədi Asiman Quliyevdir.
- Asiman müəllim ölkəmizdə gələcəkdə iqtisadiyyatın hansı qolları daha çox inkşaf edəcək?
- Azərbaycan iqtisadiyyatında neft-qaz sahəsi, ticarət və logistika, turizm sahələrində daha çox irəliləyiş olacaq. Lakin ən çox inkşaf edəcək sahə informasiya- komunikasiya sahəsidir. Yaxşı olardı ki, tələbələr bu sahəyə daha çox diqqət yetirsinlər. 2026- cı ilə qədər bu sahədə 12 faiz artım göstərilir. Biz çalışmalıyıq ki, bu sahədə inkşaf daha yüksək olsun. Bəzən şişirdilmiş proqnozlara arxayın oluruq. Yəni bu inkşaf edən texnologiyalara görə nəzərdə tutulur. Lakin biz real iqtisadi prosesləri nəzərə alıb hərəkət etməliyik. Sənayenin inkşafı üçün ölkəmizdəki sahibkarlar xarici iqtisadi təcrübələrdən yararlanmalıdır.
- Bəs təhsil üçün xarici ölkələrə üz tutan tələbələr daha çox hansı sənətlə yiyələnirlər?
- Şəxsən İqtisadiyyat Universitetinin tələbələrini nəzərə alaraq deyə bilərəm ki, onlar ölkə daxili daha çox biznes və iqtisadiyyat sahələrinə maraq göstərirlər. Xaricə gedən tələbələrin isə IT və Data sahələrinə maraq çoxdur, eyni zamanda xaricə gedənlərdən tibb sahəsinə də maraq göstərənlər kifayət qədər var. Ölkə daxilində statistikaya baxanda bölgələrə görə ixtisas seçimi fərqli olur. Bir dəfə tələbələrin seçdiyi ixtisaslara nəzər yetirdikdə Şəki rayonunda iqtisadiyyat sahəsinə az marağın olduğunun şahidi olduq. Lakin ordan tibb sahəsini seçənlər daha çoxluq təşkil edirdi. Ümumiyyətlə, ixtisasların seçilməsi bazara görə dəyişilir. Bəzən deyirik ki, valideynlərin təsiri də olur. Obyektiv yanaşsaq tələbə öz marağı olduğu sahəni bir kənara qoyub, yığdığı bala uyğun olan ixtisasını seçir.
- Bəs tələbələrlə işləmək çətin olurmu?
- Müşahidələrdən onu deyə bilərəm ki, bizdə tələbələrin şıltaqlığı birinci və ikinci kurslarda daha çox olur. Sonrakı illərdə isə yaş öz sözünü deyir. Dövlət sifarişli ixtisaslara əmək təcrübəsi olan tələbələrin cəlb olunması daha yaxşı olardı. Təcrübəli tələbələr olanda müəllimlərə də problem yaratmırıar və dərsə həvəslə yanaşırlar.
- İqtisad Universitetinin daha çox hansı xarici universitetlərlə əlaqələri var?
- Rusiyanın Dərbənd şəhərində filialı olan yeganə universitet İqtisad Universitetidir. 20 ildən artıqdır ki, bir çox universitetlərlə müqavilələrimiz var. Bunlara Fransa, Türkiyə, Qazaxıstan və s. aiddir. Eyni zamanda digər universitetlərlə də əlaqələr mövcuddur. Qarşımızdakı əsas məqsəd Türk dünyamıza uyğun kadrların hazırlanmasıdır. Ona görə Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycan universitetləri əlaqələrini daha da gücləndirməlidir. Bu, daha çox texnologiya sahəsinə aiddir. Yaşıl enerji sahəsini inkşaf etdirmək üçün daha çox Türk dünyasına daxil olan ölkələrlə əlaqədə olmalıyıq.
- Bildiyimiz qədər gənclərin ən az maraq göstərdiyi sahə kənd təsərrüfatı sahəsidir. Onların bu sahəyə marağının artırılması üçün hansı tədbirlər görülməlidir?
- Biz kəndçi təsərüfatı yox, kəndli təsərüfatı yaratmalıyıq. Kəndçi ulu babasının gördüyü qaydaları ilə işləyənlərdir. Biz isə bu sahənin inkşafı üçün müasir texnologiyalara diqqət yetirməliyik. Məhsul yetişdirəcək ərazilərimiz kifayət qədər var. Düşünürəm ki, həmin ərazilərdə bağçılıq təsərrüfatı yaratmaq üçün torpaq ayrılmalıdır. İstəyərdim ki, bu torpaqlar həm də sertfikatlaşdırılsın. Bu, eyni zamanda dövlətin onlara ayrıldığı vəsaitin hara xərclənməsində özünü göstərəcək.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
17 May 18:17
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55

