Azərbaycanda ilk dəfə...
24.04.2024 [11:00]
Animasiya rejissorluğu tədris olunur
Hazırda Azərbaycanın kinematoqrafiya sənayesi animasiya sektoru üzrə filmlərin istehsalını planlaşdırır. Bu sahə müasir rəqəmsal texnologiyaların inkişafı, süni intellektin istiqaməti ilə bağlıdır və eyni zamanda, animasiya sektoru gənclərin maraq dairəsindədir. Ölkəmizdə bu istiqamətdə yeni yaradıcılıq potensialının inkişafı zəruridir.
Animasiyada obrazın, məkanın və zamanın rəssam və rejissor tərəfindən yaradıldığına görə, bu sənət növü böyük yaradıcılıq azadlığına malikdir. Buna görə də ilk növbədə kinematoqrafiyada kamera ilə çəkilə bilməyən bir hadisəni təsvir etmək lazım gəldikdə animasiyadan istifadə olunur. Fantastik dünyanı, orada yaşayan personajları, qəhrəmanlarının daxili dünyasını, fiziki dünyanın gizli qalmış prosesləri, tarixi artefaktları animasiya vizual olaraq göstərmək qabiliyyətinə malikdir. Personajlarının psixoloji vəziyyətlərinin nüanslarını göstərməyə, reallıqda olmayan obyektləri və dünyaları yaradaraq müəyyən atmosfer yaratmağa kömək edir. Bu reallığı yaşamaq, dərk etmək, öyrənmək üçün animasiya yeganə yoldur.
Bütün bunları nəzərə alaraq ölkəmizin əsas yaradıcılıq yönümlü qocaman ali təhsil ocağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 2023-2024-cü tədris ilindən etibarən magistratura səviyyəsində “Rejissorluq” ixtisası üzrə “Animasiya rejissoru” ixtisaslaşması tədris olunur. Hələ ki, həmin ixtisaslaşmada yalnız bir tələbə - Gülşanə Mahmudovanın təhsil almasına baxmayaraq, Kino - televiziya sənətləri kafedrasının müdiri dosent Elnur Mehdiyev deyir ki, yaxın gələcəkdə “Animasiya rejissoru” ixtisaslaşmasının bakalavr səviyyəsində də açılması gözlənilir.
“Animasiya hərəkət deməkdir. Personajın hərəkətinin canlandırılması, yəni animasiya bizim universitetin Rəssamlıq fakültəsində animasiya tədris olunub. Ancaq hərəkətin nəyə xidmət etməsi, yəni süjet xəttinin verilməsi artıq rejissorluqdur. Bu, yeni istiqamət və çox maraqlı sahədir. Bu gün bütün dünyada xüsusən gənclərin bu sahəyə marağı getdikcə artmaqdadır.
Mən Rusiyada, Qazaxıstanda ezamiyyətdə olarkən, onların incəsənət universitetlərində gördüm ki, rejissorluq üç sahədə tədris olunur: televiziya rejissoru, kino rejissoru və animasiya rejissoru. Bununla bağlı onların çox böyük studiyaları var. Tələbələr üçün çox yaxşı şərait yaradılıb. Mən inanıram ki, bizim tələbələrimiz üçün də gözəl şərait yaradılacaq. Hətta indidən müəyyən qədər artıq yaradılıb. Sevindirici haldır ki, hazırda bizim tələbələrimiz Autodesk Maya proqramı kimi çətin bir proqramı mənimsəyiblər. İki komputerimiz bu proqramı dəstəkləyir. İnanıram ki, yaxın gələcəkdə universitetimiz bu istiqamətdə apardığı işlərini daha da genişləndirəcək və lazımi avadanlıqlar yenə də cəlb olunacaq.
Bu ixtisasda dərs deyən müəllimimiz Anar Verdiyev Koreyada təhsil alıb. O, gənc kadr olmasına baxmayaraq, sevindirici haldır ki, üç dildə- Azərbaycan, rus və ingilis dillərində akademik səviyyədə tədris apara bilir. Biz ilk dəfə Anar müəllimlə görüşəndə və ona bu ixtisasda dərs deməyi təklif edəndə dedik ki, Azərbaycanda animasiya üzrə kino sənayesinə xüsusi yer ayrılmalıdır və biz öz bilik və bacarıqlarımızı bu sahədə gənc nəsillərə ötürməliyik. Biz inanırıq ki, bu səylərimiz nəticəsində çox qısa zamanda bu sahə daha da inkişaf edəcək. Bizə bunu deməyə cəmi 1 illik tədrisimizin nəticələri əsas verir. Təbii ki, animasiya rejissorluğunun cəmi 3 semestrdə keçirilməsi natamamdır. Bu ixtisası fundamental səviyyədə öyrənmək üçün ən azı altı semestr keçirilməlidir. Çünki burada xırdalıqlar çoxdur. Amma hazırda magistratura səviyyəsində təhsil alan tələbəmiz tamamilə sıfırdan başlamağına baxmayaraq, cəmi iki semestrə bir dəqiqəlik süjet təqdim etməlidir. Hələ ikinci semestr bitmədiyi halda, onun dramaturgiyası yazılıb, baş verən hadisələr incələnib. Bu, nailiyyətdir”.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxİdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51

