Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Formula 1 / “Formula 1”: Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat mərhələsinə start verilib

“Formula 1”: Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat mərhələsinə start verilib

05.04.2024 [12:05]

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat mərhələsinə start verib.

8-ci dəfə keçiriləcək mərhələnin təşkili zamanı 1500 könüllünün cəlb olunması planlaşdırılır.

Seçim mərhələsini uğurla başa vuran könüllülər yarışın keçirilməsində müxtəlif sahələrdə, o cümlədən insan resursları, işçi qüvvəsi, media ilə iş, tribunalar, trek, ofis və hava limanı əməliyyatları, həmçinin digər istiqamətlərdə fəaliyyət göstərəcəklər. Əvvəlki illərin təcrübəsi nəzərə alınaraq, seçim zamanı xarici dil biliyi (ingilis dili) olan və daha öncə könüllü kimi fəaliyyət göstərmiş namizədlərə üstünlük veriləcək. Könüllülük proqramına 16 yaşdan yuxarı şəxslər müraciət edə bilərlər.

BŞH Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllülər üçün təlimlərin təşkilinin nəzərdə tutulduğunu bildirib: “Hər il olduğu kimi, bu il də yarış öncəsi hazırlıqlarla yanaşı, könüllülərimizin fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər keçirilməsini nəzərdə tuturuq. Məqsəd gənclərin komanda ruhunu artırmaq, kollektivlə işləmək bacarığını inkişaf etdirmək və onların gələcək inkişafına töhfə verməkdir”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 13-15 sentyabrda keçiriləcək.

Paylaş:
Baxılıb: 1465 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30