Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Formula 1 / Formula 1 Azərbaycan Qran-Prisində ilk

Formula 1 Azərbaycan Qran-Prisində ilk

01.02.2023 [19:21]

MÜŞFİQƏ

“Formula 1 Azərbaycan Qran-Prisi ilk dəfə sprint yarışlarına da ev sahibliyi edəcək”

Bu barədə Azərbaycan Qran-Prisinin mətbuat katibi Turab Teymurov Formula 1 yarışları ilə bağlı media akkreditasiya seminarı zamanı deyib. Onun sözlərinə görə, aprelin 28-30-da keçiriləcək Bakı Qran-Prisinin final mərhələsi sprint yarışlarına əsasən təyin olunacaq.  

Eləcə də tədbirdə Formula 1 üzrə 2023-cü il yarış təqvimi nümayiş olunub. Belə ki, bu il üçün 24 yarış nəzərdə tutulub. Formula 1 üzrə Çin Qran-Prisi ləğv olunduğu üçün hazırda təqvimdə 23 yarış yer alır.  

Yarışlara bilet satışının ilk həftəsində ötən illərlə müqayisədə rekorda imza atılıb. Bakıda keçiriləcək yarış üçün 90-dan çox ölkədən bilet alınıb. İlk üçlükdə Böyük Britaniya, Hollandiya və Türkiyə yer alıb.

“Yarış üçün nəzərdə tutulan baryerlər Qran-Priyə yaxın vaxtda quraşdırılacaq. Ənənəvi olaraq əyləncə zonası Dənizkənarı Milli Parkda yerləşəcək”, - deyə mətbuat katibi vurğulayıb.

Yarışlara 1500-ə yaxın könüllünün cəlb olunacağı gözlənilir. Könüllülər üçün bu istiqamətdə çoxsaylı təlimlər keçiriləcəyi deyilib.

Daha sonra media akkreditasiya prosesi barədə media məsələləri üzrə koordinator Esmira Məmmədova məlumat verib.  Qeyd olunub ki, fevralın 1-dən başlayacaq qeydiyyat prosesi martın 10-dək davam edəcək.

Müraciət üçün www.bakucity. circuit.com saytından istifadə etmək mümkündür.

Paylaş:
Baxılıb: 1193 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30