"Formula-1" Azərbaycan Qran-Prisinin Marşal Qeydiyyatı Proqramına start verilib
11.11.2022 [14:05]
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 28-30 aprel 2023-ci il tarixlərində keçiriləcək Azərbaycan Qran-Prisinin Marşal Qeydiyyatı Proqramına start verib.
Paytaxt Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər. Proqrama cəlb olunmuş marşallar 2023-cü ilin "Formula-1" Azərbaycan Qran-Prisinin əvəzolunmaz bir hissəsi olacaq, eyni zamanda, "Formula-1" yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanı əldə edəcəklər.
Məlum olduğu kimi, dünyada keçirilən bütün "Formula-1" yarışlarının təşkilatçılığı və keçirilməsində marşallar böyük rol oynayır. F1 aləmində marşallara, həmçinin, “Yarış Rəsmiləri” də deyilir. Onların fəaliyyəti F1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət kəsb edir.
"Formula-1" Azərbaycan Qran-Pri yarışlarında marşal fəaliyyətini uğurla başa çatdırmış hər bir şəxsə Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən beynəlxalq lisenziya təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, yalnız Azərbaycanda deyil, həmçinin, "Formula-1" Qran-Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.
Marşal Proqramı haqqında ətraflı məlumatı Bakı Marşal Klubunun rəsmi "Facebook" səhifəsindən əldə edə bilərsiniz: https://www.facebook.com/BakuMarshalsClub/
Həmçinin, klubun "Facebook" səhifəsinə yazaraq marşal fəaliyyəti barədə sizi maraqlandıran bütün suallara cavab tapa bilərsiniz.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

