Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elanlar / "İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə

"İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə

02.02.2026 [16:25]

İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən təqaüd proqramı gənclər arasında böyük marağa səbəb olur. İnnovasiya, süni intellekt və müasir rəqəmsal bacarıqların inkişafına yönəlmiş təqaüd proqramına artıq 800-dən çox gənc müraciət edib.

Qeyd edək ki, təqaüd proqramı gənclərin innovativ potensialını gücləndirməyi, onları süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn sahələri üzrə praktiki təlimlər və real bacarıqlarla gələcəyin peşələrinə hazırlamağı hədəfləyir. Təşəbbüs ümumilikdə 150 gəncin inkişafına və yeni nəsil mütəxəssislərin formalaşmasına töhfə verəcək.

18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərə sahib olan gənclər, bu fürsəti qaçırmayın. Təqaüd proqramına http://youthfoundation.az/ saytı vasitəsilə müraciət edərək gələcəyinizi bu gündən formalaşdıra bilərsiz. Xatırladaq ki, qeydiyyat üçün son tarix 16 fevraldır.

Bakcell olaraq, Gənclər Günü münasibətilə ölkəmizin bütün gənclərini təbrik edir, onların innovasiya və biliklə formalaşan uğurlu gələcəyinə töhfə verməkdən qürur duyuruq.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Paylaş:
Baxılıb: 830 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30