“Azercell”in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24.07.2025 [17:07]
14-20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində keçirilmiş 5-ci Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI) azərbaycanlı məktəbli qızlar yüksək nəticələr göstəriblər.
Ölkəmizi uğurla təmsil edən Bakı şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin X sinif şagirdi Rahidil Bayramlı və Gəncə şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin XI sinif şagirdi Ayan Kərimova bürünc medala, Bakı şəhəri, eyni liseyin X sinif şagirdi Aytən İskəndərova isə həvəsləndirici mükafata layiq görülüb.
Beynəlxalq İnformatika Olimpiadasının (IOI) formatında təşkil olunmuş müsabiqəyə 61 ölkədən 200-dən çox şagird qatılıb. İki gün ərzində hər biri beş saat davam edən proqramlaşdırma sessiyalarında qızlarımız alqoritmik düşüncə və texniki bacarıqlarını nümayiş etdirərək mürəkkəb tapşırıqlar həll ediblər. Qiymətləndirmə təqdim olunan həllərin funksionallığı və texniki dəqiqliyi əsasında aparılıb.
Yarışma proqramından əlavə, olimpiada iştirakçılara Almaniya mədəniyyəti ilə tanış olmaq, həmçinin müxtəlif ölkələrdən həmyaşıdları ilə ünsiyyət qurmaq fürsəti yaradıb. Qızlar Bonn şəhərinin mədəni və tarixi abidələrini ziyarət edib, maarifləndirici və interaktiv tədbirlərdə fəal iştirak ediblər.
“Azercell Telekom” MMC Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarən informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu çərçivədə qızlardan ibarət komanda artıq dörd ildir ki, EGOI-də müntəzəm iştirak edir. Şirkət bu təşəbbüslərlə ölkədə IT və İKT sahələrində təhsilin inkişafını, xüsusilə qızların bu sahələrdə fəal iştirakını təşviq edir.
“Azercell” qalib qızları təbrik edir, onlara gələcək müsabiqələrdə yeni nailiyyətlər arzulayır!
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

