Elməddin Abbasov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq ənənələrinə əsaslanır. Son illər iqtisadi sahədə əldə olunmuş yüksək göstəricilər, enerji layihələrinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyanın inkişaf etmiş ən nüfuzlu dövlətləri üçün etibarlı tərəfdaşa çevirib. Bunun nəticəsidir ki, Şərqlə Qərb arasındakı loqistik xətlər üzərində müstəsna mövqeyə malik olan respublikamız bu gün Cənub-şərqi Asiya ölkələri üçün önəmli aktora çevirib. Azərbaycan – Vyetnam münasibətlərindən bəhs edərkən ilk öncə Ulu Öndər Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Ümummilli lider Heydər Əliyevin bu ölkəyə səfəri olduqca mühüm əhəmiyyət kəsb etmişdi. Tərəflər arasında diplomatik münasibətlər isə 1992-ci ildə qurulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. Cənab Prezident bildirib ki, Qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır. Azərbaycanda ənənəvi olaraq Vyetnam Günləri keçirilir. 2026-cı ildə bu təşəbbüs keyfiyyətcə yeni səviyyəyə çatdı: dördüncü festival ilk dəfə olaraq iki şəhəri — Bakı və Qəbələni əhatə etdi. Digər əhəmiyyətli mədəni hadisə isə məşhur vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi oldu. Ümumilikdə, xalqlarımız arasında mədəni dialoq on illərdir davam edir. Hələ 1955-ci ildə bəstəkar Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı yaradıb. Bu yaradıcı əlaqələr sonradan rejissor Əjdər İbrahimov tərəfindən daha da möhkəmləndirilib. O, 1959-cu ildən 1962-ci ilə qədər Vyetnamda yaşayıb və çalışıb, milli kino məktəbinin ön sıralarında olub, yerli rejissorların və aktyorların yetişdirilməsinə kömək göstərib və ölkənizə bir neçə kitab həsr edib. Onlardan biri – “Vyetnamda gördüklərim” Vyetnam dilinə tərcümə edilib, bu kitabın təqdimatı isə bu il Hanoyda keçirilib. Möhkəm dostluq bağları təkcə birgə layihələrdə deyil, həm də çətin anlarda köməyə gəlməyə hazır olmaqda özünü göstərir. 2024-cü ildə Vyetnamda baş verən “Yaqi” fırtınasının dağıdıcı nəticələrini aradan qaldırmaq, həmçinin 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın öhdəsindən gəlmək üçün Azərbaycan maliyyə yardımı göstərib." Müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoymasında 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfərinin xüsusi əhəmiyyəti vurğulanıb. Səfər çərçivəsində aparılan danışıqların nəticəsi olaraq Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsini təmin edib. Sənəd energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb. Dövlət başçısı qeyd edib ki, Vyetnamın Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkə, Azərbaycanın isə Cənubi Qafqazda mühüm logistika və energetika mərkəzi olması iki dövlət arasında yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına şərait yaradır.