Bakıda zəncirvari qəza: Dörd avtomobil toqquşdu

Bakıda dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Yeniazerbaycan.com xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes”, iki “Hyundai” və “Chevrolet Cobalt” markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları

Hadisənin səbəbləri araşdırılır.