Diabet Alzheimer riskini 53 faiz artırır

Diabet Alzheimer riskini 53 faiz artırır

40 elmi araşdırmanın nəticələrini əhatə edən yeni təhlil ikinci tip diabetlə Alzheimer xəstəliyi arasında əlaqə olduğunu göstərib.

Lent.az xəbər verir ki, tədqiqatçılar diabetdən əziyyət çəkən insanlarda Alzheimer riskinin bu xəstəliyi olmayanlarla müqayisədə 53 faiz yüksək olduğunu müəyyən ediblər.

Araşdırma “Alzheimer's Research & Therapy” jurnalında dərc olunub.