ABŞ Prezidenti Donald Tramp İranın son günlərdə pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə hücumlarını artırdığını bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.
O qeyd edib ki, ötən həftə İran son bir ildən çox müddətdə ən çox dron və raket buraxıb. ABŞ Prezidenti bütün hücumların dəf edildiyini və heç bir zərərin olmadığını iddia edib.
Tramp İran rəhbərliyinin ABŞ-də Demokratların ara seçkilərdə qələbəsini zəiflik kimi qiymətləndirdiyini də irəli sürüb və buna imkan verməyəcəyini bildirib.