Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Fevralın 9-da Qala stansiyasından 145 kilometr şərqdə - Xəzər dənizində zəlzələ qeydə alınıb. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yerli vaxtla saat 05:49-da qeydə alınan zəlzələnin maqnitudası 3.9-a bərabər olub.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.