"İdmanla məşğul olan bir çox gənclərdə ürək xəstəliklərinə rast gəlinir"
Ürək damar xəstəliklərinə görə Azərbaycan dünyada ön sıralarda olan ölkələrdən biridir.
Kardioloq Şəmşir Vəliyev "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, bir çox dünya ölkələrində olduğu kmi, Azərbaycanda da ürək xəstəlikləri və ürəkdən ölüm səbəbləri birinci yerdədir: "2019-cu ildə Avropa kardiologiya cəmiyyətində Azərbaycan ürək xəstəlikləri üzrə Avropa ölkələrində ön sıralarda idi. Ürək xəstəliyi həm genetik olaraq irsi keçir, həm də müxtəlif səbəblərdən yaranır".
Onun sözlərinə görə ürək xəstəlikləri şəkərli diabet, arterial hipertoniya, böyrək xəstəlikləri, endokronoloji bəzi xəstəliklər, stress faktorları və s səbəblərdən yaranır.
Qeyd edək ki, zərərli vərdişlərin olması da ürək xəstəliyinə səbəb olan əsas amillərdəndir.
Ş. Vəliyev açıqlamasında bildirir ki, 5 il öncə 40 yaşdan yuxarı ürək xəstəliyi müşahidə olunubsa, son 5 il ərzində artıq 40 yaşdan aşağı gənclərdə ürək xəstəliklərə rast gəlinir: "Bunların kökündə duran əsas səbəb idmanla məşğul olan zaman istifadə olunan müxtəlif dərman vasitələri və energetik içkilərdir".
Havar Şəfiyeva